“Azexport”un rəhbəri Almaniyada rəqəmsallaşma ilə bağlı təlimdə iştirak edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşov "Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrində kiçik və orta müəssisələrin rəqəmsal transformasiyası" regional texniki yardım layihəsi çərçivəsində təşkil olunmuş təlim proqramında iştirak edib. Təlim Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən bu ölkənin Manheim şəhərində keçirilib.
Təlim çərçivəsində A.Qədəşov iştirakçılara “Azexport” portalının imkanları barədə məlumat verib, portalın virtual reallıq əsaslı texnologiyalardan istifadə etməklə yaradılan sərgi və konfrans zalı layihələrində iştirakını diqqətə çatdırıb.
Təlimlərdə Manheim Universitetinin professor və müəllimləri rəqəmsallaşmaya, o cümlədən kiçik və orta sahibkarlıq müəssisələrinin rəqəmsallaşması və rəqəmsal innovasiya habı sahələrində tətbiq olunan həllərə dair ən son yeniliklər barədə məlumat veriblər, müvafiq təqdimatlar ediblər.
Qeyd edək ki, 10-15 dekabr tarixlərini əhatə edən təlim çərçivəsində Azərbaycan və Gürcüstandan olan iştirakçılar müxtəlif dövlət qurumları və rəqəmsallaşma sahəsində fəaliyyət göstərən özəl təşkilatları ziyarət ediblər, yeniliklərlə tanış olublar.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib