“Azexport Talks” layihəsinin növbəti görüşü keçirilib
İİTKM-in operatoru olduğu “Azexport” portalının təşkil etdiyi “Azexport Talks” layihəsinin növbəti görüşü baş tutub. Onlayn formatda keçirilən tədbirin qonağı marketinq üzrə ekspert Samir Mehdiyev olub. “Meetup Group”un layihə meneceri Lalə Məmmədovanın moderatoru olduğu görüşdə marketinq sahəsində maraqlı və aktual məsələlər müzakirə olunub.
Həmçinin görüşdə elektron ticarət fəaliyyəti göstərən təcrübəli sahibkarlar iştirakçılara praktik tövsiyələr veriblər.
Görüşə Türkiyə və Amerikadan qatılan beynəlxalq ekspertlər elektron ticarət platformalarının rəqəmsal marketinq strategiyaları barədə məlumatlar verib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Portalın rəhbəri Ayxan Qədəşov bildirib ki, “Azexport Talks” layihəsi çərçivəsində təşkil olunan görüş elektron ticarət sahəsində çalışan şəxslər üçün yeni perspektivlər açır. Beynəlxalq və yerli ekspertlərin iştirak etməsi sahibkarların rəqəmsal marketinq üzrə biliklərini artıraraq onların qlobal bazarlarda daha effektiv təmsil olunmasını dəstəkləyir.
Qeyd edək ki, “Azexport” portalı yerli sahibkarların rəqəmsal mühitdə mövqelərini daha da gücləndirmək üçün bənzər layihələri mütəmadi davam etdirəcək.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib