Azexport rəhbərinin ABŞ-da görüşləri davam edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az portalının rəhbəri Ayxan Qədəşovun ABŞ-ın Vaşinqton ştatının Vinətçi şəhərində görüşləri davam edib.
O, "Columbia Fruit Packers" şirkətinin çeşidləmə və qablaşdırma məntəqəsini ziyarət edib. Müəssisə alma məhsulunun skaner qurğusu vasitəsilə aşağı, orta və yüksək kefiyyət olmaqla avtomatik çeşidlənməsi və qablaşdırılması kimi müasir texnologiya tətbiq edir.
O, "Union Hill Cidr Co" şirkətinin istehsal müəssisəsində də olub. Müəssisə alma meyvəsindən sidr içkisinin hazırlanması üzrə ixtisaslaşıb. Hazırda müəssisənin 10-dan artıq çeşiddə məhsul istehsal edir.
Ayxan Qədəşov ABŞ-da bir sıra rəsmi görüşlər də həyata keçirib. O, Vaşinqton ştatının Dövlət Kənd Təsərrüfatı Departamentinin meneceri Tabitha Hernandezlə görüşüb. Görüşdə ABŞ-a idxal zamanı tələb olunan sertifikatlara dair müzakirələr aparılıb.
Daha sonra o, Vaşinqton ştatının aqrar tədqiqatlar mərkəzində olub və Mərkəzdə bağcılıq sahəsində zərərvericilərə qarşı tətbiq olunan mübarizə üsüllarına dair həyata keçirilən seminarda iştirak edib. Məhsulların yığımdan sonra saxlanılması istiqamətində aparılan laborator işlərlə tanış olub.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib