Azexport regional e-ticarət platformasına qoşuldu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Türkiyəyə səfər edib. Səfər çərçivəsində İstanbul şəhərində Dünya Kiçik və Orta sahibkarlar forumu (World SME Forum) ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında əmakdaşlıq haqqında memorandum imzalanıb. Əməkdaşlıq memorandum İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı və Dünya Kiçik və Orta sahibkarlar Forumu rəhbəri Tunc Uyanık imzalayıb.
Qeyd edək ki, Dünya Kiçik və Orta Sahibkarlar Forumunun nümayəndələri bir müddət öncə Bakı şəhərinə səfər edərək, Azexport portalının təcrübəsini öyrəniblər. Bu forum tərəfindən yeni yaradılan KOBİ.Market elektron ticarət portalında Azexport-un təcrübəsi də nəzərə alınıb. Bu gün imzalanan əməkdaşlıq sazişi həm də Azexport portalı ilə KOBİ.Market portalı arasında inteqrasiyaya xidmət edəcək.
Məlumat üçün bildirək ki, Dünya Kiçik və Orta Sahibkarlar Forumu tərəfindən yaradılan KOBİ.Market adlı elektron platforma kiçik və orta sahibkarların elektron ticarətin imkanlarından faydalanmasına, yeni bazarlara çıxmasına və bacarıqlarını artırılmasına xidmət edəcək. Portal ilk mərhələdə Azərbaycan, Gürcüstan və Türkiyəni əhatə edəcək. Kiçik və orta sahibkarlar bu elektron ticarət platformasına inteqrasiya olunaraq elektron ticarət imkanından faydalanacaqlar.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Türkiyənin Odalar və Borsalar birliyinin rəhbəri Rifat Hisarcıklıoğlu və Gürcüstanın Ticarət və Sənaye Palatasının rəhbəri Kaxa Bainduraşvili əməkdaşlıq haqqında razılığa gələrək memorandum imzalayıblar.
İmzalanma mərasimində Türkiyə Gömrük və Ticarət naziri Bülənt Tüfekçi və İqtisadiyyat nazirliyinin müstəşarı İbrahim Şenel də iştirak edib.
Türkiyənin Gömrük və Ticarət naziri Bülənt Tüfekçi bildirib ki, kiçik və orta sahibkarların beynəlxalq müstəvidə rəqabət apara bilməsi üçün və virtual ortamda elektron ticarət zamanı görüşə bilmələri çox önəmlidir.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf