Azexport portalının və Rəqəmsal Ticarət Qovşağının “MTradeVerse” platformasında rəqəmsal inzibati binası hazırlanıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az portalı və Rəqəmsal Ticarət Qovşağının (DTH) “MTradeVerse” platformasında virtual reallıq (VR) formatında rəqəmsal inzibati binası hazırlanıb.
Azexport portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, hazırda metaverse sahəsinə böyük axın mövcuddur. “Sahəyə nüfuzlu beynəlxalq şirkətlər ciddi yatırımlar edirlər: “McKinsey”nin hesabatına əsasən 2030-cu ilə kimi bu sahənin 5 trilyon ABŞ dollarına qədər genişlənməsi gözlənilir. Texnologiya sahəsində bu istiqamətə olan marağı nəzərə alaraq Azexport və DTH platformalarının da VR formatında xidmətlərinin təqdim olunması qərarına gəldik. Bu məqsədlə “MTradeVerse” platformasında interaktiv avatarlar, virtual reallıq və süni intellektə uyğun, fərdiləşdirilə bilən 3D məkanlar təqdim edən ilk rəqəmsal bina yaradılıb”.
Qeyd edək ki, Azexport.az portalı və Rəqəmsal Ticarət Qovşağı hazırda Türkiyənin “MTRadeVerse” platforması ilə əməkdaşlıq edir. Növbəti aydan tam istifadəyə verilməsi nəzərdə tutulan iki mərtəbəli müstəqil inzibati binada məlumat masası, məhsul qalereyası, xidməti otaqlar, iclas zalı və açıq sahədən ibarət innovativ sərgi zalı 24 saat ziyarətə açıq olacaq. Bu məkanda tədbirlərin təşkili, yeni brendlərin təqdimatı, xidmət və məhsulların ziyarətçilərə təqdim olunması kimi imkanlar mövcuddur.
İİTKM-in innovativ layihələri olan Azexport.az və DTH platforması Türkiyənin “MTRadeVerse” platforması ilə birgə həyata keçirdikləri layihənin başlıca məqsədi yerli şirkətlərin VR formatda sərgi zalının yaradılması, VR formatda alış-veriş, konferanslara spiker və ya dinləyici kimi qatılmaq, təlim və seminarlarda iştirak etmək imkanın yaradılması nəzərdə tutulub.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib