Azexport portalının uğurlarına aid Video İcmal hazırlanıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi növbəti Video İcmalı Azexport.az portalının uğurlarına həsr edib. Video icmalda sahibkarların portalla əməkdaşlıqda əldə etdikləri üstünlüklər diqqətə çatdırılıb. Bildirilib ki, Azexport portalı ilk dəfə Azərbaycan məhsullarını vahid məkan üzərindən beynəlxalq elektron ticarət platformalarında təqdim edir. Nəticədə Portala 2017-ci ildən etibarən daxil olan ixrac sifarişlərinin məbləği 1,5 milyard ABŞ dolları təşkil edir. Azexport portalı “Made in Azerbaijan” məhsullarının beynəlxalq elektron ticarət platformalarında təmsil olunma səviyyəsini 3000 dəfə artırıb. Belə ki, Azexportun fəaliyyətə başlamasına qədər ixrac potensiallı sahibkarların elektron kommersiya imkanlarından istifadəsi 3% olubsa, 2019-cu ildə bu rəqəm 28 %-ə çatıb.
Bu günə qədər Azexport portalına dünyanın 150 ölkəsindən 35 mindən artıq sifariş daxil olub. Portalın təqdim etdiyi Sərbəst Satış Sertifikatı vasitəsi ilə ixracatçılar 54 yeni ölkə bazarına çıxış əldə ediblər.
Fəaliyyəti dövründə Azexport Azərbaycan sahibkarlarının elektron kommersiya savadlılığının artırılması istiqamətində Beynəlxalq Ticarət Mərkəzi və digər tərəfdaşları ilə birgə fəaliyyət göstərib. Təlim kurslarında 5000-dən artıq sahibkara Amazon portalında qeydiyyat və iş prinsipləri, bazar araşdırması və yüksək satış göstəricilərinə malik məhsulların təyin olunması, Alibaba və digər portallar üzərindən etibarlı təchizatçıların tapılması, məhsulların Amazon-un anbarlarına göndərilməsi, məhsulların yerləşdirilməsi və mövcud reklam imkalarından istifadə, beynəlxalq loqistika və gömrük əməliyyatları, beynəlxalq ticarət hüququ və standartlar, texniki tənzimləmə və digər məsələlər öyrədilib. Təlimlərdə praktiki satışların həyata keçirilməsi üçün hər bir iştirakçıya Amazon hesabı və ABŞ bank hesabı açılıb, plastik kartlar təqdim edilib. Azexportun sahibkarlara göstərdiyi bütün xidmətlər ödənişsiz qaydada həyata keçirilir.
Azexport.az portalının uğurlarına həsr olunan Video İcmalla bu linkdən (həmçinin iqtisadiislahat.org saytında İcmallar bölümündən) tanış olmaq mümkündür:
https://www.youtube.com/watch?v=RV5CyZPqmB8
Video İcmal bu gündən başlayaraq KİV-də, o cümlədən, televiziyalarıda və sosial şəbəklərdə paylaşılacaq.
Qeyd edək ki, Azexport.az resursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı ildə imzalanmış Sərəncamı əsasında yaradılıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə olunan www.azexport.az-ın missiyası “Made in Azerbaijan” malları haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformanın yaradılmasıdır. Azexport.az portalı ixracatçı sahibkarlara nəqliyyat, logistika, ödəniş və sertifikatlaşdırma sahəsində dövlət dəstəyi göstərir. Dünya Kiçik və Orta Sahibkarlıq Forumu və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azexport.az-ın elektron satış platforması kimi təcrübəsinin digər ölkələrdə yayılması ilə bağlı Anlaşma Memorandumu imzalayıblar.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu