“Azexport” portalının rəhbəri "Nakchivan Industry Meet Up" tədbirində iştirak edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşov "Caspian Energy Club"ın təşkilatçılığı ilə Naxçıvan şəhərində keçirilən "Nakchivan Industry Meet Up" (Naxçıvan Sənaye Görüşü) tədbirində iştirak edib.
"Azerbaijan Industry Week - 2023" (Azərbaycan Sənaye Həftəsi - 2023) proqramı çərçivəsində təşkil olunan tədbirdə Naxçıvan Muxtar Respublikasından olan istehsalçılar və dövlət qurumlarının numayəndələri ilə yanaşı, ölkənin ayrı-ayrı bölgələrindən olan sahibkarlar da iştirak ediblər.
Tədbirdə çıxış edən A.Qədəşov bildirib ki, “Azexport” portalı olaraq Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların xarici bazarlara elektron ticarət platformaları vasitəsilə çıxarılması istiqamətində daha geniş miqyasda işlərin görülməsi üçün məhsuldar görüşlər keçirilib. Geniştərkibli formatda keçirilmiş görüşlərin təşkili bölgələrarası əlaqələrin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. “Naxçıvan Muxtar Respublikasının Türkiyə ilə sərhəddə yerləşməsi burada istehsal olunan məhsulların Avropa və digər ölkələrə daha rahat çıxarılması üçün unikal logistik imkanlar təqdim edir”,- deyə “Azexport”un rəhbəri bildirib.
Qeyd edək ki, tədbir çərçivəsində qonaqlar Naxçıvan Muxtar Respublikasında qida və sənaye məhsulları istehsal edən müəssisələri ziyarət ediblər.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib