Azexport portalının “Elektron ticarət” üzrə təlimi yekunlaşıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalının “Beynəlxalq Ticarət Mərkəzi” (İTC) ilə birgə “Elektron Ticarət” və “İxrac prosedurları” mövzuları üzrə təşkil etdiyi təlim yekunlaşıb. Təlimdə özəl və dövlət qurumlarının 40-dan artıq əməkdaşı iştirak edib. Təlim interaktiv aparıldığı üçün müzakirələr fərqli qruplar üzrə ardıcıl 5 gün davam edib. İTC-nin ekspertləri Mohamed Es Fih və Eldar Adilzadə təlim zamanı iştirakçılara informasiya sistemlərindən istifadə etməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə mərhələlər barədə ətraflı məlumatlar təqdim ediblər.
Qeyd edək ki, “Beynəlxalq Ticarət Mərkəzi” (İTC) şirkəti ilə birgə “Elektron Ticarət” və “İxrac prosedurları” mövzusunda təşkil edilən təlim Azexport portalına daxil olan sifarişlərin idarə edilməsi və sahibkarların elektron ticarət biliklərinin artırılması məqsədi ilə müntəzəm olaraq təlimlər təşkil edir.
Təlimin sonunda iştirakçılara İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı və İTC tərəfindən sertifikatlar təqdim olunub.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu