Azexport portalının dəstəyi ilə ixrac coğrafiyası genişlənir
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı “Aznar QSC-yə” 2019-2020-ci illər üzrə “Sərbəst satış sertifikatı” təqdim edib.
Azexport portalının meneceri Ayxan Qədəşov bildirib ki, Portal əməkdaşlıq etdiyi digər şirkətlər kimi “Aznar QSC” -yə də “Made in Azerbaijan” brendi adı altında istehsal olunan spirtli və spirtsiz içkilərin ixrac coğrafiyasının şaxələndirilməsi istiqamətində işləri davam etdirməyə dəstək olur: “Azexport.az internet portalı tərəfindən “Aznar QSC-yə” 2019-2020-ci illər üzrə yeni Sərbəst satış sertifikatı təqdim olunub. Təqdim olunan sertifikatlar sayəsində ixracatçı şirkət Ərəb və Okeaniya Ölkələrinə məhsul ixracını davam etdirəcək.”
Qeyd edək ki, 2018-2019-cu illər üzrə 7 yerli şirkətə “Made in Azerbaijan” brendi adı altında istehsal olunan məhsulların ixrac coğrafiyasının genişləndirilməsi məqsədi ilə umumilikdə 196 sertifikat təqdim olunub.
Sərbəst satış sertifikatı Azərbaycanda ilk dəfə Azexport portalı tərəfindən təqdim olunub. “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli Fərmanına əsasən sərbəst satış sertifikatı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən verilir.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf