“Azexport” portalı Yaxın Şərq bazarlarına ixrac imkanlarını genişləndirir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalının dəstəyi ilə Azərbaycanda istehsal olunan kənd təsərrüfatı və qida məhsullarının Yaxın Şərq regionuna, o cümlədən İsrailə ixracına dair növbəti görüşlər keçirilib.
Görüşlər çərçivəsində istixana şəraitində pomidor istehsalı ilə məşğul olan yerli şirkətlərin imkanları müzakirə edilib. Bildirilib ki, regionun ən böyük istixanalarından olan bu müəssisələrdən dünyanın 20-dək ölkəsinə məhsul ixrac edilir. Şirkət hazırda İsrail, eləcə də digər Yaxın Şərq ölkələrinə ixracı genişləndirməkdə maraqlıdır.
Səfər çərçivəsində ölkənin aparıcı un və un məmulatları istehsalçısı olan şirkətlə də müzakirələr aparılıb. Qeyd olunub ki, müəssisə hazırda İsrail də daxil olmaqla bir çox ölkəyə məhsul ixracını həyata keçirir. Şirkət mövcud bazarlardakı payını artırmaq və məhsul çeşidini genişləndirmək niyyətindədir.
“Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, Azərbaycan məhsulları yüksək keyfiyyəti və orqanik göstəriciləri ilə beynəlxalq bazarlarda, o cümlədən Yaxın Şərq ölkələrində rəqabətqabiliyyətliliyi ilə seçilir. İsrail və regionun digər ölkələri prioritet ixrac istiqamətlərindən biridir. Təşkil edilən görüşlər onu göstərir ki, xarici şirkətlərin yerli məhsullarımıza marağı böyükdür.
“Azexport” portalının məqsədi yerli sahibkarlarla xarici alıcılar arasında birbaşa əlaqə yaratmaq və “Made in Azerbaijan” brendinin qlobal arenada mövqeyini möhkəmləndirməkdir. Portal Azərbaycan məhsullarının tanıdılması və yeni satış kanallarının tapılması üçün xarici şirkətlərlə yerli istehsalçıları bir araya gətirir. Bu imkanlardan yararlanmaq və bənzər görüşlərdə iştirak etmək istəyən sahibkarlar “Azexport”a müraciət edə bilərlər. Portalın ixracın təşviqi ilə bağlı göstərdiyi xidmətlərə görə xidməthaqqı və ya komissiya tələb olunmur.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib