Azexport portalı “World Net Summit”də təqdim olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport portalının rəhbəri Ayxan Qədəşov “World Net Summit” adlı beynəlxalq onlayn konfransda çıxış edib . Ayxan Qədəşov "Corporation Innovation Forum" mövzusunda olan paneldə Portalın iş mexanizmi, sahibkarlara göstərdiyi xidmətlər, təqdim olunan innovasiyalar barədə ətraflı məlumatlar təqdim edib.
İki gün davam edən “World Net Summit” beynəlxalq konfransı çərçivəsində internet, maliyyə, bankçılıq, texnologiya, nəqliyyat, investisiya, biznes, sığorta, innovasiya və digər əlaqəli sahələri əhatə edən “Monex Summit Caspian”, “Global Influencer Day”, “Government Address”, “AutoTech Conf”, “StartUp Academy”, “Venture Summit”, “Corporate Innovation Forum” kimi beynəlxalq onlayn panelləri təşkil olunub (https://worldnetsummit.com/).
“World Net Summit” beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar, ekspertlər və startapçıları bir araya gətirən mühüm platformadır.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib