Azexport portalı “VISA İnternational”şirkəti ilə əməkdaşlığa başlayıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə “VISA International” şirkəti arasında əməkdaşlığa dair anlaşma Memorandumu imzalanıb. Memorandumun imzalanmasında məqsəd Azərbaycanda rəqəmsal və nağdsız ödənişlərin inkişaf etdirilməsi o cümlədən, qanunvericiliyin təkimilləşdirilməsi, “VISA International” şirkətinin digər ölkələrdə tətbiq etdiyi yeniliklərin Azərbaycana gətirilməsi, onlayn ticarətlə məşğul olmaq istəyən sahibkarlar üçün “merchant” hesabların açılmasının sadələşdirilməsi, Apple Pay, Samsung Pay və Google Pay ödəniş sistemlərinin işinin təmin edilməsi üçün zəruri platformanın hazırlanması kimi məsələlərə dair işbirliyi nəzərdə tutulur.
Azexport portalının rəhbəri Zaur Qardaşov bildirib ki, “VISA International” şirkəti ilə imzalanan memorandum Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrasına əhəmiyyətli töhfə verəcək: “Biz Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafını şərtləndirən elektron kommersiya mühitin yaxşılaşdırılması, rəqəmsal ödəniş platformalarının əlçatanlığı və Visanın məlumatlar bazasına əsaslanan biznes analitika həllərinin hazırlanması və tətbiqində maraqlıyıq. “VISA International” şirkəti ilə imzalanan Memorandum vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş əhatəsinin xeyli genişlənməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi üçün etibarlı tərəfdaşlıq məqsədi daşıyır. Güman edirik ki, şirkətin bu sahədə mövcud qabaqcıl texnologiyalarının tətbiqi faydalı olacaq.”
“VISA International”ın nümayəndələri isə bildiriblər ki, İİTKM ilə imzalanan memorandum çərçivəsində elektron bankçılıqdan istifadə edən əhalinin xüsusi çəkisi artacaq, elektron ticarətin həcmi böyüyəcək.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu