Azexport portalı vasitəsilə son 10 ildə ilk dəfə Rusiyaya yun ixracı həyata keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport portalı vasitəsi ilə Rusiyaya 60 ton qoyun yunu ixrac olunub. İxracı Zaqatala sakini sahibkar Əlihüseyn Şirinli həyata keçirib. Rəsmi rəqəmlər göstərir ki, son 10 ildə Azərbaycandan Rusiyaya yun ixrac edilməyib.
l qrup əlil olan Ə.Şirinli ona uğur qazandıran Azexport.az portalı ilə əməkdaşlığı cari ilin avqust ayında başlayıb. Bu müddət ərzində ona potensial sifarişlər barədə məlumat, ixrac bazarında mövcud texniki baryerlər və Azərbaycanda bütün ixrac prosedurları ilə bağlı məlumat verilib. İlk partiya məhsulunu Rusiyaya göndərən Ə.Şirinli portalla əməkdaşlığını davam etdirəcəyini və ixracın həcmini daha da artıracağını bildirib. Onun sözlərinə görə, ixracdan əldə etdiyi gəlir ilə mövcud istehsal sahəsini genişləndirəcək və yeni iş yerləri yaradacaq.
Qeyd edək ki, son illər Azərbaycan Respublikasında yun istehsalı artsa da, onun ixracı ilə bağlı müəyyən problemlər qalmaqdadır. Azexport.az portalı isə bu ixrac prosesi ilə ölkəmizdən qoyun yunu ixracının həm həcminin artmasına, həm də ixrac coğrafiyasının genişlənməsinə töhfə verir.
Azexport portalının rəhbəri Zaur Qardaşov da əlavə edir ki, ixraca və ümumilikdə biznesə ölkəmizdə yaradılan şərait bu gün imkan verir ki, istək, niyyət və işgüzarlıq varsa hər kəs özünə yüksək gəlir mənbəyi təmin edə bilər, hətta fiziki məhdudiyyətli insanlar da. Yəni Azexport portalı hər kəs üçün bərabər imkanlar yaradır. Bundan başqa Azexport bir rəqəmsal platforma olaraq, sahibkarlara xarici bazara çıxmaqla yanaşı onlara ixrac icazələrinin alınması, logistika, marketinq və digər məsələlərdə dəstək olur. İri biznesin bazara çıxması elə də çətin deyil, əsas kiçik və orta sahibkarların xarici bazara çıxışını təmin etməkdir ki, bu məsələ bu gün Azexportun fəaliyyətinin əsas istiqamətlərindən biridir.
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı Azərbaycan Respublikası Prezidentinin 2016 –ci il 21 sentyabr tarixli “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması” haqqında Sərəncamına əsasən yaradılıb. Portal sahibkarlara ölkəmizdə istehsal olunan malların beynəlxalq elektron ticarət platformaları vasitəsi ilə ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını təqdim edir.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf