“Azexport” portalı Türkiyədə rəqəmsal texnologiyalar üzrə aparıcı qurumlarla görüşlər keçirib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport” portalının nümayəndə heyəti Azərbaycanın rəqəmsal ticarət imkanlarını genişləndirmək, e-ticarət və innovasiya sahəsində qabaqcıl təcrübələri öyrənmək məqsədilə Türkiyənin Ankara və İstanbul şəhərlərində bir sıra görüşlər keçirib.
Səfər çərçivəsində Ankara şəhərində Türkiyə Sənaye və Texnologiya Nazirliyi, "ODTÜ Teknokent" və rəqəmsal texnologiyaların geniş tətbiq olunduğu müxtəlif innovativ müəssisələr ziyarət olunub. Görüşlərdə Türkiyədə innovasiya ekosisteminin formalaşması, startapların dəstəklənməsi və rəqəmsal transformasiya proseslərinin təşkili üzrə məsələlər müzakirə edilib.
İstanbulda isə nümayəndə heyəti İstanbul Sənaye Palatası (İSO), “MEXT Technology Centre” və İstanbul Texniki Universitetinin Texnoparkı “ARI Teknokent” kimi qabaqcıl texnoloji mərkəzlərdə görüşlər keçirib.
“Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, hazırda Türkiyə regionda rəqəmsal transformasiyanın ən uğurlu nümunələrindən biridir. Səfər olunan müəssisə və təşkilatlar sənaye 4.0 texnologiyalarının tətbiqi, süni intellekt, avtomatlaşdırma və rəqəmsal istehsal sahələrindəki uğurlu fəaliyyətləri ilə tanınır. “Azexport” portalının məqsədi bu təcrübəni Azərbaycana gətirmək, yerli istehsalçılar və ixracatçılar üçün rəqəmsal alətləri daha geniş tətbiq etməkdir. Görüşlər çərçivəsində müzakirə olunan əməkdaşlıq imkanları gələcəkdə iki ölkə arasında elektron ticarət, innovasiya və sənaye sahəsində əməkdaşlığın dərinləşməsinə töhfə verəcək.
Səfər zamanı rəqəmsal ekosistemin gücləndirilməsi, ixracatçılar üçün yeni platforma həllərinin tətbiqi və “Azexport” portalının beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində konkret razılaşmalar əldə olunub.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib