Azexport portalı sahibkarlara yeni xidmət təklif edir
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı sahibkarlara yeni xidmət növünü təqdim edir. Belə ki, www.azexport.az portalı dövlət və özəl satınalmaları portallarından on minlərlə elanlar arasında ən uyğununu seçərək onları Azərbaycan sahibkarlarına təqdim edir. Sahibkarlar artıq aydın şəkildə müxtəlif ölkələrdə elan olunan tenderlər və sifarişləri görə bilər və onlardan yararlana bilərlər. Eyni zamanda portal bu cür tenderlərdə iştirakla bağlı müvafiq dəstək verəcəkdir.
Azexport portalının rəhbəri Zaur Qardaşov bildirir ki, belə bir bölümün yaradılmasında məqsəd Azərbaycanın məhsul və xidmətlərinin xarici ölkələrdə mövcud böyük dövlət və özəl satınalmalarına çıxışını təmin etməkdir. Hazırda bir çox ölkələrdə satınalmalar tamamilə elektron qaydada keçirildiyi üçün bu cür inteqrasiya mümkün olmuşdur. Bir çox hallarda tenderlərdə iştirak haqqı tələb olunmasa da, bu cür portallarda qeydiyyat üçün elektron imza, zəmanət sənədləri, illik ödəniş və digər tələblər vardır ki, bu prosedurların bir hissəsini dövlət öz üzərinə götürərək sahibkara əlavə dəstək ola bilər. Hesablamalar göstərir ki, Azərbaycan sahibkarları məhsullarını birbaşa tenderlər vasitəsilə satmaqla 30-40% əlavə gəlir və davamlı müştərilər əldə edə bilərlər. Eyni zamanda, bu cür platformalara çıxış, bir sıra ənənəvi və yeni sahələrin (məsələn maşınqayırma, İT xidmətləri, tikinti xidmətləri və s.) ixrac imkanlarını xeyli artıra bilər.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu