“Azexport” portalı “Çapar group”un çap və istehsal müəssisəsini ziyarət edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalı və “Çapar group” arasında görüş keçirilib. Yerli müəssisələrin mal və xidmətlərinin yerli və xarici bazarda potensial sifarişçilərə çatdırılması istiqamətində e-ticarətin və rəqəmsal marketinqin imkanlarının müzakirə olunduğu görüşdə “Azexport”un rəhbəri Ayxan Qədəşov portalın fəaliyyəti və təqdim etdiyi xidmətlər barədə məlumat verib.
Şirkətin rəhbəri Etibar Eminov da öz növbəsində, xarici bazarlara çıxmaqda və bunun üçün rəqəmsal marketinqin imkanlarında istifadə etməkdə maraqlı olduqlarını bildirib. O, bu məqsədlə “azexport.az” ilə əməkdaşlığın xüsusi önəm kəsb etdiyini vurğulayıb.
Daha sonra müəssisənin istehsal xətti, xammal və hazır məhsul saxlama anbarında qurulmuş təchizat zənciri sistemi ilə tanışlıq həyata keçirilib.
Qeyd edək ki, “Azexport” portalı istehsal müəssisələrini ziyarət etməyə, yerli brendlərin portala və beynəlxalq platformalara inteqrasiyasına dəstək verməyə davam edir. Portal bu istiqamətdə fəaliyyətin koordinasiyalı təşkili üçün “Meetup Networking Club”la əməkdaşlıq edir. “Meetup Networking Club”a qoşulmaq istəyən sahibkarlar təqdim olunan keçid linkindən istifadə edə bilərlər.
Keçid linki: https://chat.whatsapp.com/L62IkC8eP0f5mJ4aMszcrf.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib