“Azexport” portalı Azərbaycanda istehsal olunan zəli məhsulunun ixracına dəstək göstərir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Azexport" portalında tibbi zəli istehsalı ilə məşğul olan yerli müəssisə nümayəndəsi ilə görüş keçirilib. Görüşün əsas mövzusu beynəlxalq bazarlarda artan tələbat fonunda Azərbaycan istehsalı olan zəli məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi, qlobal bazardakı mövcud potensial və atılacaq birgə addımlar olub.
“Azexport” portalının rəhbəri Ayxan Qədəşov sahibkar Şaiq Qasımovla görüşündə son illər qlobal bazarda tibbi zəliyə və təbii müalicə vasitələrinə marağın kəskin artdığı, bunun da yerli istehsalçılar üçün yeni bazarlara çıxış imkanı yaratdığı bildirilib.
Görüşdə iştirak edən müəssisə rəhbəri Ş. Qasımov yetişdirilən zəlilərin ekoloji təmizliyinə və tibbi keyfiyyət göstəricilərinə görə beynəlxalq standartlara tam cavab verdiyi, həmçinin istehsal həcmini artırmaq üçün yetərli potensialın olduğunu diqqətə çatdırıb. Görüşdə bu kateqoriyadan olan məhsullar istehsal edən sahibkarların xarici bazarlara inteqrasiyasını təmin etmək üçün beynəlxalq sertifikatların alınması, gömrük prosedurlarının düzgün idarə olunması və idxalçı ölkələrin tələblərinə uyğunlaşma prosesində birgə fəaliyyətin əhəmiyyəti xüsusi vurğulanıb.
Müzakirələrin yekunu olaraq, Azərbaycanda istehsal olunan zəli məhsullarının yüksək alıcılıq qabiliyyətinə malik Avropa, Körfəz və Asiya ölkələrinə ixracının təşkili məqsədilə birgə fəaliyyətin həyata keçirilməsi qərara alınıb.
Qeyd edək ki, Azexport portalı tərəfindən təqdim olunan xidmətlərə görə ödəniş və ya satışlardan komissiya nəzərdə tutulmayıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib