“Azexport” portalı “Ata Pack” MMC-nin istehsal müəssisəsini ziyarət edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalının nümayəndələri “Ata Pack” MMC-nin qablaşdırma və etiketləmə müəssisəsində olublar. “Azexport” portalının rəhbəri Ayxan Qədəşov portalın fəaliyyəti, o cümlədən, yerli şirkətlərin xarici bazarlara çıxış imkanlarına göstərdiyi dəstək barədə məlumat verib. O bildirib ki, çap məhsullarının bir qisminin xarici ölkələrdən idxal olunması faktı yerli bazarda müəssisənin genişlənməsi üçün potensial imkanların olduğundan xəbər verir. Bu, həm də bu kateqoriyadan olan məhsulların ixrac imkanlarının da geniş olmasını əyani şəkildə təsdiq edir. A.Qədəşov bildirib ki, müəssisənin istehsal etdiyi yüksək keyfiyyətli çap məhsullarına “Azexport” portalının dəstəyi ilə həm yerli, həm də beynəlxalq bazarlardan müştəri cəlb etmək imkanları genişdir.
“Ata Pack” MMC-nin direktoru Nicat Hüseynov rəhbərlik etdiyi müəssisənin fəaliyyəti barədə məlumat verib. O, müəssisənin məhsullarının xarici bazarlara çıxarılmasında maraqlı olduqlarını və bunun üçün “Azexport”un yaxşı imkanlar təklif etdiyini bildirib.
Daha sonra görüş “Azexport” portalının yerli və beynəlxalq bazarda təmsil olunma istiqamətində təqdim etdiyi xidmətlərin müzakirəsi ilə davam edib.
Qeyd edək ki, “Azexport” portalında məhsul yerləşdirmə ödənişsizdir. Portal tərəfindən təqdim olunan ixrac sifarişlərinə görə əlavə komissiya və ya xidməthaqqı nəzərdə tutulmayıb. Portalın xidmətlərindən istifadə etmək istəyən sahibkarlar www.azexport.az internet səhifəsinə keçid edə bilərlər.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib