Azexport növbəti görüşünü cənub bölgəsinin sahibkarları ilə keçirdi
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi region sahibkarları ilə növbəti görüşünü Lənkəranda cənub bölgəsinin sahibkarları ilə keçirib. Bu dəfə Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımdımlıdan olmaqla 100-dən artıq sahibkar iştirak edirdi. İş adamlarının diqqətinə çatdırılıb ki, Azexport portalı sahibkarlıq və ixrac imkanlarını genişləndirmək üçün onlara dəstək funksiyasını həyata keçirir. Belə ki, Prezidentin Sərəncamı ilə yaradılan portal bölgələrdə fəaliyyət göstərən kiçik və orta sahibkarların ixracyönümlü məhsullarının xarici tərəfdaşlara çatdırılmasının asanlaşdırılması və ölkəmizin ixrac potensialının artırılması istiqamətində mühüm addımlar atır.
Azexport.az portalının rəhbəri Zaur Qardaşov portalın funksionallığı, Azərbaycan istehsalçıları barədə vahid məlumat bazasının işləmə prinsipi, eyni zamanda portalın ixracatçılara təklif etdiyi əlavə imkanlardan bəhs edib, həmçinin Azexport.az-a inteqrasiya olunmuş milli və beynəlxalq ödəniş sistemləri, nəqliyyat və logistika xidmətləri, real rejimdə tərcümə xidməti və Azərbaycan məhsullarının beynəlxalq ticarət platformalarında yerləşdirmə imkanları barədə geniş məlumat verib. Sahibkarlara məhsul və xidmətlər haqqında məlumatların portala daxil edilmə, yolları izah edildikdən sonra, onları maraqlandıran suallar cavablandırılıb. Sahibkarlar ölkəmizdə əlverişli biznes mühitinin formalaşdırılması və sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən islahatlardan məmnunluqlarını ifadə ediblər.
Qeyd edək ki, Azexport.az portalına əsasən Yaponiya, Niderland, Çin, Rusiya, Gürcüstan, Misir, Belarus, Pakista və digər ölkələrdən olmaqla, əsasən şərab, toyuq əti, yumurta, müxtəlif şirələr, quru süd, mineral sular, alma, viski və digər məhsullara dair sifarişlər gəlir. Azexport portalı təchizat zənciri üzrə bütün xidmətlərə - sertifikatlaşdırma, nəqliyyat, logistika, bazarlara çıxış, ödəmə imkanları yaradır.
Əlavə edək ki, sahibkarların tam məlumatlılığını təmin etmək, onların problemlərini dinləyib müzakirə etmək üçün Azexport komandası indiyə qədər Bakinın rayonlarında 500-ə yaxın, respublikanın rayonlarında isə 400–ə yaxın kiçik və orta sahibkarla görüş keçirib.
Qeyd edək ki, Azexport.az portalı Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 2016-cı il 21 sentyabr tarixli Sərəncamı əsasında yaradılıb. Portala beş mindən artıq yerli istehsal olan məhsul daxil edilib.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır