Azexport İmişlidə Aran bölgəsinin sahibkarlarına təqdim olundu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Azexport portalı sahibkarlarla görüşü çərçivəsində İmişlidə Aran bölgəsinin iş adamları ilə görüşüb. İmişli rayon Gənclər Mərkəzində keçirilən tədbirə Şirvan, Beyləqan, Biləsuvar, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyandan 200 sahibkar qatılıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azexport komandasının region sahibkarları ilə keçirilən görüşləri bəhrəsini verir. Sahibkarlar arasında fəallıq və portalla əməkdaşlıq təşşəbbüsləri getdikcə artır. Çünki Azexport portalı sahibkarlara sertifikatlaşdırma, nəqliyyat, logistika, bazarlara çıxış, ödəmə imkanları yaradır. Bundan sonra isə Prezident İlham Əliyevin Fərmanı əsasında yaradılan Rəqəmsal Ticarət Qovşağı bu istiqamətdə olan işləri daha da sürətləndirəcək. İxracda vahid pəncərə sistemi ilə sahibkarlar daha az resurs sərf etməklə ixrac prosedurlarını daha sürətlə həyata keçirəcəklər. V.Qasımlı qeyd edib ki, Rəqəmsal Ticarət Qovşağı yerli sahibkarlarımıza elektron müqavilələrdən istifadə etməklə dünyanın istənilən nöqtəsilə əlaqə yaratmaq imkanı verəcək, habelə elektron pul kisəsi köçürmələr üçün əlverişli imkan yaradacaq.
Azexport.az portalının rəhbəri Zaur Qardaşov portaldan istifadə qaydalarını izah edib. Sahibkarlara Azexport-dan istifadə qaydaları barədə yazılı broşür, video təlimat və elektron təlimat təqdim olunub. Görüşdə Azexport portalı üzərindən sifariş alan bir neçə sahibkar da çıxış edib.
Qeyd edək ki, bu, artıq iqtisadi rayonlarda keçirilən yeddinci görüşdür. İndiyədək portalın Şəki, Şamaxı, Gəncə, Yevlax, Lənkəran və Xaçmazda sahibkarlarla görüşü baş tutub. Sahibkarların tam məlumatlılığını təmin etmək, onların problemlərini dinləyib müzakirə etmək üçün "Azexport" komandası indiyə qədər Bakıda və bölgələrdə minlərlə sahibkarla görüş keçirib. Portalın növbəti görüşü Ağdamda, Quzanlı qəsəbəsində keçiriləcək.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır