Azexport “Elektron Ticarət və ixrac prosedurları” mövzusunda təlim keçirir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı “İnternational Trade Centre” (İTC) ilə birgə 2018-ci ilin noyabr ayında başlanan “Elektron Ticarət” və “İxrac prosedurları” üzrə təlimlərin II mərhələsini təşkil edir.
Təlimlər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və İTC-nin dəvət etdiyi xarici ekspertlər tərəfindən 19-20 fevral tarixlərində keçiriləcəkdir. İTC-nin ekspertləri Mohamed Es Fih, Tidiane Diop, Eldar Adilzadə tərəfindən ötən təlimdə əldə olunan bilik və bacarıqların möhkəmləndirilməsi və yeni biliklərin əldə olunması istiqamətində təlim-tədris işləri aparılacaq. İştirakçılara malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə proseduralar barədə ətraflı məlumatlar təqdim olunacaq, həmçinin bu sahə üzrə fəaliyyət göstərmək istəyən iştirakçılarla praktik işlər görüləcək.
Qeyd edək ki Azexport portalı daxil olan sifarişlərin idarə edilməsi və sahibkarların elektron ticarət biliklərinin artırılması məqsədi ilə müntəzəm olaraq təlimlər təşkil edir.
Təlimdə iştirak etmək istəyən şəxslər aşağıda qeyd olunan link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər:
https://www.e-trade2019.ereforms.org
Əlaqəli şəxs:
Ayxan Qədəşov
Telefon: +994502958687
E-mail: aykhan.gadashov@ereforms.org









Ekspert yazıları
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar