“Azexport” Azərbaycan məhsullarının Aİ ölkələrinə ixracını genişləndirir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı Almaniya Federativ Respublikasında idxalçı və istehsalçı şirkətlərlə görüşlər keçirib. Görüşlərdə iştirak edən portal rəhbəri Ayxan Qədəşov bildirib ki, səfərin məqsədi Avropa İttifaqı (Aİ) ölkələrində Azərbaycan istehsalı olan malların təmsilçiliyinin genişləndirilməsidir: “Bu məqsədlə biz Almaniyada yerləşən 20-dən artıq istehsalçı və idxalçı şirkət nümayəndəsi ilə görüş keçirərək istehsal prosesi ilə yerində tanış olduq. Əməliyyatlarla yerində tanışlıq Aİ ölkələri üçün mövcud qablaşdırma, etiketləmə, loqistika və sertifikatlaşdırma standartlarının daha yaxından öyrənilməsi üçün uğurlu təcrübə oldu. Bu standartların yaxından öyrənilməsi növbəti mərhələdə bizə Azərbaycandan Aİ ölkələrinə ixracın daha da genişləndirilməsi üçün əhəmiyyətli dəstək olacaq. Necə ki, biz bunu ötən il Amerika Birləşmiş Ştatalarına (ABŞ) ixracın genişləndirilməsində uğurla tətbiq etdik”.
Artıq görüşlərdə ilkin nəticələr və razılaşmalar əldə olunub. Belə ki, Almaniyada qənnadı məhsullarının istehsalı ilə yüksək keyfiyyət sinfində təmsil olunan “Felicitas Chocolatier” şirkətinin təsisçisi ilə Azərbaycan istehsalı fındıq məhsulunun təchizat zəncirinə əlavə olunması razılaşdırılıb. Bununla yanaşı, “Azexport” portalının rəhbəri ilə “Global Expert” şirkətinin təsisçisi Azərbaycan məhsullarının Aİ ölkələri ərazisinə ixracının genişləndirilməsində loqistika, gömrük və digər rəsmiləşdirmə işlərində birgə əməkdaşlığa dair razılığa gəliblər. Həmçinin “Grosmark Berlin” topdan satış şəbəkəsində sahibkarlarla baş tutan görüşün nəticəsi olaraq Azərbaycan istehsalı konservləşdirilmiş və faraş formada meyvə-tərəvəz məhsullarının ixracına və bu şəbəkə vasitəsilə yerli bazarda paylanmasına dair qərar verilib.
A. Qədəşov qeyd edib ki, ötən il Amerika Birləşmiş Ştatlarına baş tutan bənzər səfərin nəticəsi olaraq Azərbaycandan qənnadı məhsulları, konservləşdirilmiş qidalar, meyvə şirələri və digər qida məhsullarının ABŞ-nin 20-dən artıq ştatına ixracına dair razılıq əldə olunaraq Azərbaycan məhsullarının bu ölkədə daha geniş təmsil olunması reallaşdırılıb. Portal tərəfindən bu təcrübənin Aİ ölkələri üçün də tətbiqi nəzərdə tutulur.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib