“Azexport” Azərbaycan mallarını Şri-Lanka və Hindistana ixrac edəcək
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı və “MeetUp Networking Club” Azərbaycan mallarının Şri-Lanka və Hindistan bazarına ixracı layihəsinə start verib. Bu məqsədlə Şri-Lankada fəaliyyət göstərən idxalçı şirkətin nümayəndəsi Tani Shyen ilə görüş keçirilib.
Görüşdə Azərbaycanda istehsal olunan bir qrup aqrar sənaye və qida məhsullarının Şrilanka və Hindistanda marketlər şəbəkəsinə çıxarılması istiqamətində danışıqlar aparılıb. Tani Shyenə ixrac prosedurları üzrə zəruri sertifikatlaşdırma, gömrük, loqistika və sığorta kimi əməliyyatlar barədə qanunvericiliyin tələbləri izah olunub.
“Azexport” portalının rəhbəri Ayxan Qədəşov Azərbaycan mallarının onlayn təqdimatını həyata keçirib. Daha sonra ölkəmizdə yetişdirilən aqrar məhsulların dequstasiyası aparılaraq Şrilanka və Hindistan bazarında satış imkanları müzakirə olunub.
İdxalçı şirkət nümayəndəsi Tani Shyenin görüşlərinin aqrar sektorda fəaliyyət göstərən şirkətlərin bağlarında və qida məhsullarının istehsalı ilə məşğul olan müəssisələrində davam etdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, ilkin mərhələdə müxtəlif meyvə şirələri, kompot, tomat pastası, fındıq, faraş formada nar, xurma, heyva, gavalı və armud, eyni zamanda qurudulmuş meyvə məhsullarının Şrilanka və Hindistan bazarındakı satış şəbəkələrinə çıxarılması nəzərdə tutulub. Bu istiqamətdə əməkdaşlığa maraqlı olan sahibkarlar təkliflərini “azexport.az” portalı və “MeetUp Networking Club” vasitəsilə təqdim edə bilərlər.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır