Azexport.az portalı və Baku E-Commerce Academy “Amazonla qazan” təliminə başladı
Azexport portalının rəhbəri Zaur Qardaşov bildirib ki, bu təlim yeni iş və qazanc imkanı axtaranlar üçün əsl fürsətdir. Z.Qardaşovun sözlərinə görə, bu tipli təlimləri uğurla başa vuran insanlar hazırda rəqabətə davamlı sabit gəlir əldə edirlər.
15-dən artıq iştirakçının olduğu təlim kurslarında Amazon portalında qeydiyyat və iş prinsipləri, bazar araşdırması və yüksək satış göstəricilərinə malik məhsulların təyin olunması, Alibaba və digər portallar üzərindən etibarlı təchizatçıların tapılması, məhsulların Amazonun anbarlarına göndərilməsi, məhsulların yerləşdirilməsi və mövcud reklam imkanlarından istifadə, beynəlxalq logistika və gömrük əməliyyatları, beynəlxalq ticarət hüququ və standartlar, texniki tənzimləmə və digər məsələlər öyrədiləcək. Təlimlərdə praktiki satışların həyata keçirilməsi üçün hər bir iştirakçıya Amazon hesabı və ABŞ bank hesabı açılacaq, plastik kartlar təqdim ediləcək. Bütün bu mövzular barədə təlim iştirakçılarını xarici mütəxəssislər-Amazon portalının e-commers üzrə eksperti Mohamed Es Fin, Alibaba.com portalının e-commerce üzrə eksperti Gilly Li, İTC-nin ekspertləri Çeyk Tidiane Diop, Budhi Pangestu və Eldar Adilzadə məlumatlandıracaqlar.
Azexport.az portalının rəhbəri Zaur Qardaşov, meneceri Ayxan Qədəşov, müstəqil ekspertlər Fərid Baratzadə və Nihad Qurbanovun əsas moderatoru olduğu treninq 3 ay müddətində davam edəcək. Təlimin yekunlarına uyğun olaraq, iştirakçılar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin sertifikatını əldə edəcəklər. Təlimi uğurla başa vuran iştirakçılar yatırım edərək əldə olunan bilik və bacarıqları müstəqil şəkildə tətbiq etmək, “Baku E- Commerce Academy” komandasına qoşularaq birgə fəaliyyət göstərmək şansı əldə edirlər.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu