Azexport.az “Bakutel” sərgisində “səyyar xidmət mərkəzi” ilə təmsil olunur
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport portalı Bakı şəhərində keçirilən və Xəzər bölgəsindəki ən böyük İT sərgisi olan “Bakutel” sərgisində səyyar xidmət mərkəzi” ilə təmsil olunur. Qeyd edək ki, netvorkinq və işgüzar əməkdaşlıqların qurulması üçün unikal məkan olan “Bakutel” sərgisində dünyanın 30 –dək ölkəsindən 200-dən artıq şirkət iştirak edir.
Azexport.az portalının meneceri Ayxan Qədəşov bildirib ki, Prezident İlham Əliyevin Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycanın mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına əsasən yaradılan www.azexport.az sahibkarlara innovativ həllərdən istifadə edərək beynəlxalq müqavilələrin elektron formada tərtibinə və imzalanmasına, habelə real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə dair yeni imkanlar təqdim edir: “Mövcud imkanların nümayişi və beynəlxalq arenada təcrübə mübadiləsinin aparılması baxımından Azexport.az internet portalının “Bakutel” sərgisində iştirakı çox önəmlidir. Sərgidə yerli və beynəlxalq informasiya kommunikasiya texnologiyaları şirkətləri ilə yanaşı müxtəlif fəaliyyət sahələrini əhatən edən 50 –dək startap da iştirak edir. Qeyd edim ki, Azexport portalı Azərbaycan Respublikasında istehsal olunan məhsul və xidmətlərlə yanaşı yeni startap ideyaların beynəlxalq arenaya tanıdılması və investorların cəlb olunması istiqamətində də işlər görməkdədir. Portal hazırda dünyaca nüfuzlu “Kickstarter” platformasına inteqrasiya olunub. Bu inteqrasiya Azərbaycan startaplarının beynəlxalq arenada tanıdılması və real investorların cəlb olunması istiqamətində atılan uğurlu addımlardan biridir.”
Portalın “Səyyar xidmət mərkəzi”ndə Azexportun fəaliyyəti və əməkdaşlıq imkanları barədə məlumatlar təqdim olunur.
Azexport portalı mütəmadi olaraq beynəlxalq və yerli sərgilərdə təmsil olunur.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib