Azexport Antalyada “The Global Engagement of Agriculture and Technology” sərgisinə dəvət alıb
Azexport portalı 17-19 may tarixlərində Bakı Ekspo Mərkəzində təşkil olunan “World Food Azerbaijan/Caspian Agro 2017” sərgisində yüksək səviyyədə təmsil olunub.
Sərgidə yerli şirkətlərlə yanaşı Rusiya, İtaliya, Türkiyə, İran, Hindistan, Qazaxıstan, Yunanıstan və Niderland Krallığından olan şirkətlərə Azexport portalının fəaliyyəti və nəaliyyətləri barədə məlumatlar təqdim olunub. Portalın fəaliyyəti haqqında məlumatlandırılan xarici şirkətlər portalla sıx əlaqələr qurmağa hazır olduqlarını bildiriblər.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin PR meneceri Zənurə Talıbovanın verdiyi məlumata görə, Türkiyənin kənd təsərrüfatı üzrə təşkil olunan sərgilərindən ən çox ziyarətçi cəlb etməsi ilə seçilən “Growtech Euroasia” şirkətinin direktoru Engin Er Azexport portalının və Elektron Ticarət Qovşağının fəaliyyətini yaxşı təcrübə hesab edərək, bu ilin noyabrında Antalyada keçiriləçək “The Global Engagement of Agriculture and Technology” sərgisində portalın qonaq qismində iştiraka dəvət ediblər. Qeyd olunan sərgidə 85-dən artıq ölkədən olan 800 –dək aparıcı şirkətlərin stendlərinin 85 mindən artıq ziyarətçisinin olaçağı gözlənilir.
Portalın “Səyyar Xidmət Mərkəzi”-nin ziyarətçiləri sırasında dünyanın 46 ölkəsində nümayəndəliyi və 270-dən artıq xidmət mərkəzi olan ixracdan əvvəl inspeksiya xidmətləri göstərən TUV AUSTRİA şirkətinin direktoru - Mustafa Percincek də olub. Azexport haqqında ətraflı məlumat alan Mustafa Percincek şirkətin portalla ən qısa zamanda əməkdaşlığa başlamaqda maraqlı olduqlarını bildiriblər.
Sərgi müddətində Azərbaycan şirkətləri ilə yanaşı - Rusiya, Türkiyə, İran, Hindistan, və s. ölkələrdən olan 15-dək şirkətdən əməkdaşlıq təklifi gəlib. “Azdynamics”, “Digital Services Company”, “Patron LLC”, “Agropark Shamkir”, “Gəncə Aqrobiznes Assosiasiyası”, “Consiglieri Consulting Company” və s. şirkətləri “Səyyar Xidmət Mərkəzi”-ində qeydiyyata alınaraq əməkdaşlığa start verilib.
Regionun önəmli kənd təsərrüfatı tədbiri hesab olunan və 3 gün davam edən sərgidə 28 ölkədən 331 şirkət təmsil olunub. Sərgidə Belarus, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Latviya, Rusiya, Yunanıstan, Macarıstan, Ukrayna ilə yanaşı Azərbaycanın çoxsaylı yerli şirkətləri yer alıb.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır