Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı ilk beynəlxalq konfransını keçirəcək
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi oktyabr ayının 19-da “Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı: İnkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans təşkil edir.
Konfransda rəqəmsal ticarət qovşaqlarının inkişafı ilə bağlı ümumi konsepsiya, bu sahədə əməkdaşlıq, elektron imzaların tətbiqi və qarşılıqlı tanınması mövzusunda təqdimatlar olacaq. Məruzəçilər ixrac prosedurlarının sadələşdirilməsi üçün yeni imkanlar, qeyri-rezidentlərə elektron imzaların verilməsi, məsafədən şirkət qeydiyyatı və idarə olunması, elektron bankçılıq üçün yeni həllərlə bağlı təqdimatlar edəcəklər.
Konfrans çərçivəsində İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzi, Rusiyanın “Gazinformservis”, “UTS GIS” və Polşanın “Asseco Data System” şirkətləri arasında elektron hüquqi əhəmiyyət kəsb edən sənədlərin transsərhəd mübadiləsi və elektron imzaların qarşılıqlı tanınması istiqamətində əməkdaşlıq haqqında Memorandumların imzalanması nəzərdə tutulur.
Beynəlxalq tədbirdə Avropa İttifaqı, Dünya Bankı, UNDP başda olmaqla beynəlxalq təşkilatlar, Rusiya, Estoniya, ABŞ, Polşa, İsveçrə, Əfqanıstan, Çin, Mərakeş, Ukrayna, və digər ölkələrdən biznes nümayəndələr, habelə Azərbaycanın dövlət qurumlarının və ictimai təşkilatların təmsilçiləri iştirak edəcəklər.
Tədbirin informasiya dəstəyi Lider televiziyası, Asan radio, Region plyus jurnalı, Trend.az informasiya saytı və Barama Mediayaya aiddir . Sponsorlar Paşa Bank, eləcə də Bakcell şirkətidir.
Beynəlxalq konfransla bağlı bütün məlumatları bu web səhifədən əldə edə bilərsiniz : http://dth2017.ereforms.org/









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır