Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Əbu-Dabidə beynəlxalq konfransda təqdim olundu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən “Ərəb Rəqəmsal İqtisadiyyat Konfransı 2018 ” – də Azərbaycanı təmsil edib.
Konfrans BƏƏ, Ərəb Dövlətləri Liqası və beynəlxalq təşkilatların rəhbərlərinin dəstəyi ilə rəqəmsal iqtisadiyyat üçün ümumi mənzərəni təqdim etmək məqsədilə ilk dəfə keçirilib. BƏƏ hökümətinin rəsmiləri, həmçinin Maliyyə, İqtisadiyyat, və Planlaşdırma Nazirlikləri, Mərkəzi Bankların idarəçiləri, Ticarət və Sənaye Palatasının nümayəndələri, iş adamları və investorların iştirakı ilə keçirilən konfransda Rəqəmsal Ticarət Qovşağı barədə ətraflı məlumatlar təqdim edilib. Bildirilib ki, rəqəmsal iqtisadiyyatın inkişafı üçün uzunmüddətli strategiyanın hazırlanmasında ayrı- ayrı dövlətlərin təcrübələri nəzərə alınır.
Səfər müddəti çərçivəsində Rəqəmsal Ticarət Qovağının meneceri Nicat Əsədli Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfiri Daşqın Şikarovla da görüşüb. Görüş çərçivəsində Azərbaycanın dünya tarixində ilk dəfə olaraq, qeyri-rezidentə mobil imza, eyni zamanda Estoniyadan sonra xaricilərə e-rezidentlik təqdim edən ikinci ölkə olmasl ilə bağlı müzakirələr aparılıb. Azərbaycanın mobil və elektron rezidentlik ala biləcəyi potensial qeyri rezidentlərə dolğun və ətraflı məlumatların çatdırılması və bunun üçün qarşılıqlı əməkdaşlığın vacibliyi vurğulanıb.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu