Azərbaycandakı iqtisadi islahatlar “Şərq Tərəfdaşlığı Biznes Forum”da təqdim olunacaq
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Estoniyada “Şərq Tərəfdaşlığı üzrə 4-cü Biznes Forum”da iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti ilə bu ölkəyə səfərə gedib. Bu barədə məlumat verən İİTKM-in PR meneceri Zənurə Talıbova bildirib ki, forum ənənəvi olaraq Aİ Şərq Tərəfdaşlığı Sammitindən əvvəl keçirilir və Aİ ilə Şərq Tərəfdaşlığı ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsinə xidmət edir. Forumda açılış nitqini Estoniyanın prezidenti Kersti Kaljulaid, Avropanın qonşuluq və genişlənmə məsələləri üzrə komissarı Johannes Hahn və Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak edəcəklər. Forumun “E-hökümət və rəqəmsal iqtisadiyyat” mövzusunda ilk plenar sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü və “B.EST Solutions” şirkətinin rəhbəri Yana Krimpe çıxış edəcək. Forumda Azərbaycanda elektron iqtisadiyyatın və idarəçiliyin inkişafı, o cümlədən, Mobil İD layihəsi, Rəqəmsal Ticarət Qovşağı və Azexport portal barədə təqdimatlar olacaq, eyni zamanda ölkədə aparılan uğurlu iqtisadi islahatlar müzakirə ediləcək.
Səfər zamanı İİTKM ilə Estoniyanın Şərq Tərəfdaşlığı Mərkəzi arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanacaq. Memorandum Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı kimi mövqeyinin gücləndirilməsi üçün Aİ və ölkəmiz arasında əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir.
İİTKM-in icraçı direktoru V.Qasımlı Estoniyada dövlət və biznes qurumlarının nümayəndələri, habelə xarici ölkə təmsilçiləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə Azərbaycanda aparılan iqtisadi islahatlar, strateji yol xəritələrinin icrası, biznes mühitinin təkmilləşdirilməsi və e-iqtisadiyyat quruculuğu barədə geniş məlumatlar veriləcək.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu