“Azərbaycanda uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” açıqlanıb
Qarşıdakı illərdə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA MMC) dövlət mülkiyyətində olan boş torpaq sahələrini uyğun qiymətə mənzil tikintisi layihələrində istifadəyə cəlb etməklə, xərclərin azaldılmasına nail olacaq. Bu fikirlər bu gün ictimayyətə açıqlanan “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”ndə öz əksini tapıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilir ki, 2 strateji hədəf və 6 prioritetdən ibarət olan bu mühüm sənəd Azərbaycan əhalisinin mənzilə sahib olmaq imkanlarının artırılmasının iqtisadi inkişafın dəstəklənməsinə, əhalinin yaşayış səviyyəsinin daha da yüksəlməsinə, iqtisadi canlanmaya və yeni iş yerlərinin açılmasına səbəb olacağı, o cümlədən ipoteka bazarının daha da inkişafına şərait yaradacaq.
Strateji hədəflərə nail olunması nəticədə 2020-ci ilədək ölkədə mənzil ehtiyacı azalacaq və 2025-ci ilədək isə şəhərlərin əsaslı və planlı şəkildə yenidən qurulması və urbanizasiyası inkişaf etdiriləcək. Strateji Yol Xəritəsində vurğulanır ki, 2025-ci ildən sonrakı dövrdə rayonlarda da uyğun qiymətə mənzil təminatının davamlı inkişafı təmin ediləcək, həmçinin, qanunsuz tikililərin abadlaşdırılması üçün tədbirlər həyata keçiriləcək.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən qeyd edilir ki, bu sahədə aparılacaq siyasət bir sıra iqtisadi və sosial məsələlərə öz töhfəsini verəcək. Ehtiyacı olan təbəqələrin mənzil təminatının yaxşılaşması ilə yanaşı, tikinti sektorunda 10 minədək yeni iş yeri yaradılacaq, 900 milyon manata yaxın investisiya qoyulacaq, birbaşa və dolayı təsirlər nəticəsində ÜDM 249 milyon manat artacaq.
Eyni zamanda istifadəsiz torpaqların 5%-i dövriyyəyə cəlb ediləcək, tikinti sektoruna xarici investisiyalar cəlb ediləcək, dövlət mülkiyyətində olan boş torpaq sahələrinin mənzil tikintisinə cəlb edilməsi və rəqabət mühitinin tam təmin edilməsi sayəsində layihələrin xərcləri azalacaq və bir sıra digər hədəflərə nail olunacaq.
Layihələri icrası zamanı ekoloji təhlükəsizlik və enerji səmərəliliyi kimi mühüm məsələlər diqqət mərkəzində saxlanılacaq ki, nəticədə Strateji Yol Xəritəsinin uğurla həyata keçirilməsi ölkənin dayanıqlı inkişafını, yəni hər 3 aspektdən (iqtisadi, sosial və ekoloji) dəstəkləyəcək.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib