Azərbaycanda Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfrans keçiriləcək
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və İSESKO-nun birgə təşkilatçılığı ilə Bakıda Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfrans keçiriləcək. Əsasən rəqəmsal iqtisadiyyatları birləşdirən sərhədsiz elektron ticarət platformaları haqqında danışılacaq konfransda həmçinin transsərhəd iqtisadi əlaqələrin, elektron xidmətlərin və yeni iş imkanlarının perspektivləri müzakirə ediləcək.
Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli bildirir ki, Azərbaycanda belə bir tədbiri təşkil etməklə həm Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı yeni formatda təqdim ediləcək, həm də ölkəmizin elektron ticarət və elektron kommersiya, mobil və elektron identifikasiya, rəqəmsal hökümət və kibertəhlükəsizlik sahələrində əldə etdiyi nailiyyətlər, çətinliklər və imkanlar barəsində xarici təcrübəyə malik mütəxəssislərlə fikir mübadiləsi aparılacaq : “Prezident İlham Əliyevin ölkədə qeyri-neft sektorunun inkişafına, əsasən də informasiya və kommunikasiya sahəsinin daha da təkmilləşdirilməsinə verdiyi diqqətin nəticəsində dövlət tərəfindən bir çox elektron platformalar, rəqəmsal xidmətlər və onlayn resurslar yaradılıb. Bunlardan biri də Azərbaycanın “Rəqəmsal Ticarət Qovşağı”dır. Qovşaq dünyada həm yerli sahibkarlar üçün müxtəlif rəqəmsal həllər, həm də qeyri-rezidentlər üçün elektron xidmətlər təqdim edən yeganə platformadır.”
Qeyd edək ki, Azərbaycanda Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfransda ABŞ, Tayland, Böyük Britaniya, Estoniya, Türkiyə, Mərakeş və digər ölkərədən nümayəndələr olmaqla 10-dan artıq ölkədən 100-ə yaxın nümayəndə iştirak edəcək. Həmçinin Azexport portalının sıx əməkdaşlıq etdiyi Alibaba, Amazon, e-bay və digər beynəlxalq ticarət platformalarının nümayəndələri də müzakirələrə qatılacaq.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi oktyabr ayının 31-də keçirilməsi nəzərdə tutulan konfransla bağlı artıq son məqamları müzakirə edir.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu