Azərbaycanda ortamüddətli xərclər çərçivəsi potensialının gücləndirilməsi proqramı müzakirə edilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı İsveçrə İqtisadi Əməkdaşlıq Qurumu (SECO) tərəfindən dəstəklənən “Azərbaycanda Ortamüddətli Xərclər Çərçivəsi Potensialının Gücləndirilməsi Proqramı”nın həyata keçirilməsi ilə bağlı müzakirələr üçün ölkəmizdə səfərdə olan missiya heyətinin üzvlərini qəbul edib.
Görüş zamanı Vüsal Qasımlı “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasında” ortamüddətli xərclər çərçivəsinin tətbiqi üzrə nəzərdə tutulan tədbirlər və fiskal dayanıqlılığının təmin edilməsi istiqamətində qəbul edilən qanunlar və fiskal qaydalar barədə qonaqlara ətraflı məlumat verib. Eyni zamanda, proqram büdcənin tətbiqində monitorinq və qiymətləndirmənin rolu, İİTKM-in həyata keçirdiyi fəaliyyətlər və ümumilikdə ölkədə monitorinq və qiymətləndirmə institutunun təkmilləşdirilməsi üzrə görülən işlər barədə məqamları qonaqların diqqətinə çatdırıb.
Avropa və Mərkəzi Asiya regionu dövlət sektorunun baş mütəxəssisi, eyni zamanda tapşırıq qrupunun rəhbəri Andzs Ubelis Azərbaycanda qəbul olunan dövlət proqramlarının monitorinq və qiymətləndirmə hesabatlarının proqram büdcənin tətbiqi prosesi ilə əlaqələndirilməsi və ümumilikdə Ortamüddətli Xərclər Çərçivəsi sahəsində potensialın gücləndirilməsinin əhəmiyyəti barədə məlumat verib. Görüşdə dövlət maliyyə islahatları üzrə beynəlxalq məsləhətçi Mark Robinson, ortamüddətli xərclər çərçivəsi islahatları strategiyası üzrə məsləhətçi Marko Kanqiano, dövlət büdcəsi üzrə məsləhətçi Jordi Banos Roviranın iştirakı ilə Azərbaycanda Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib