Azərbaycanda “Monitorinq və qiymətləndirmə” nəşri iki dildə dərc edilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən “Monitorinq və qiymətləndirmə: 2016-2021” nəşri iki dildə - Azərbaycan və ingilis dillərində dərc edilib. “Monitorinq və qiymətləndirmə: 2016-2021” nəşrində Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla aparılan idarəetmə islahatlarının tərkib hissəsi kimi yaradılmış monitorinq və qiymətləndirmə institutu sahəsində Azərbaycan təcrübəsi, qanunvericilik əsasları, metodologiya və rəqəmsal transformasiya kimi məsələlər əhatə olunur. Dünya Bankının “Avropa və Mərkəzi Asiyada səmərəli, hesabatlı və inklüziv institutların qurulması” mövzusunda hesabatında qeyd edilib ki, Azərbaycan monitorinq və qiymətləndirmə sahəsində innovativ həlləri tətbiq etməklə “nəticə əsaslı yaxşı idarəetmə” nümunəsi yaradıb. Dünya Bankının regionda uğur hekayəsi kimi təqdim etdiyi İİTKM-də yaradılan monitorinq və qiymətləndirmə institutu BP şirkətinin dəstəyi ilə www.monitoring.az portalı əsasında rəqəmsallaşdırılıb. BMT İnkişaf Proqramı, Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Avropa İttifaqı və bir sıra beynəlxalq inkişaf partnyorlarının yaxından iştirakı ilə İİTKM-in Səmərəliliyin qiymətləndirilməsi departamenti monitorinq və qiymətləndirmə fəaliyyətinin aparılması üzrə institusional struktur kimi formalaşıb.
Xatırladaq ki, İİTKM-in Nizamnaməsinin 2.2.1-2-ci və 2.2.1-3-cü bəndlərinə əsasən, dövlət qurumlarının sifarişi əsasında sənaye parkları, məhəllələri və aqroparklarda həyata keçirilən fəaliyyətin, habelə iqtisadi yönümlü dövlət proqramlarının monitorinq və qiymətləndirilməsinin aparılması, icra müddəti bitmiş dövlət proqramlarının və dövlət investisiya layihələrinin iqtisadi səmərəsinin qiymətləndirilməsi əsas fəaliyyət istiqaməti olaraq hədəflənib. “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası” “Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 990 nömrəli Fərmanının 2.2-ci bəndinə uyğun olaraq hazırlanıb.
“Monitorinq və qiymətləndirmə: 2016-2021” nəşri ilə Azərbaycan dilində https://bit.ly/3mqXHq9 bu linkdə, ingilis dilində https://bit.ly/3Bb1wFM bu linkdə tanış ola bilərsiniz.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu