Azərbaycanda islahatlara başlanması işsizliyin səviyyəsinin azalmasına müsbət təsir edib
Dövlət Statistika Komitəsinin 2017-ci il yanvar ayının 1-ə olan məlumatına görə, respublikada işsizlik səviyyəsi 5 faiz həddindədir. Məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 329 72 nəfərdir. Onların 38,1 faizini qadınlar təşkil edir. İşsizliyə görə müavinətin orta məbləği isə 249,1 manatdır. Yəni Azərbaycanda işsizlik səviyyəsi əksər ölkələrlə, eləcə də ayrı-ayrı inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır. İşsizlik səviyyəsi İspaniyada 19,6, Fransada 9,9, Finlandiyada 8,8, Xorvatiyada 12,8, Belçikada 8, Bolqarıstanda 7,7, Danimarkada 6,2, Latviyada 9,7, Litvada 8, Portuqaliyada 11,2, Slovakiyada 9,7, İsveçdə 6,9, Rumıniyada 6, Niderlandda 6 faiz təşkil edir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bu məlumatı şərh edərək bildiriblər ki, dünya iqtisadiyyatında baş verən neqativ proseslərin Azərbaycan iqtisadiyyatına təsiri nəticəsində 2015-ci ildə ixracın həcmi və dövlət büdcəsinin gəlirlərinin azalması işsizlik səviyyəsinin əvvəlki ilə nisbətən 2 faiz artmasına səbəb olub. Amma işsizliklə bağlı açıqlanan son rəqəmlər bu sahədə müsbət tendensiyadan xəbər verir. Xüsusən də 2016-cı ildə kənd təsərrüfatında əməktutumlu sahələrin inkişafının dəstəklənməsi, turizmin inkişafı tikinti sektorunda işini itirən vətəndaşlar üçün məşğulluq imkanı yaradıb və işsizliyin səviyyəsinin artmasının qarşısını alıb. Bu çox müsbət haldır və növbəti illərdə ölkədə işsizliyin azaldılması istiqamətdə konkret tədbirlər həyata keçiriləcək:
“ Prezidentin 16 mart 2016-cı il tarixli sərəncamına əsasən Strateji Yol Xəritələrinin hazırlanması, iqtisadi islahatlarla bağlı mühüm addımların atılması işsizliklə bağlı problemlərin həllinə töhfə verəcəkdir. Belə ki, strateji yol xəritələrinin icrası nəticəsində 2025-ci ilə qədər ÜDM-də 3 faizdən çox orta illik real artım və əlavə olaraq da 450 mindən çox yeni iş yerinin yaradılmasını nəzərdə tutur. Belə ki, qarşıdakı illərdə iqtisadiyyatın strukturu qeyri-ticari bölməyə nisbətən ticari bölmənin, hasilata nisbətən emalın, dövlət sahibkarlığına nisbətən özəl sahibkarlığın, aşağı texnologiya tutumlu sektorlara nisbətən yüksək texnologiyalara əsaslan sektorların və aşağı dəyər yaradan sektorlara nisbətən yüksək dəyər yaradan sektorların daha üstün artımı hesabına yenidən balanslaşacaqdır. Bu isə o deməkdir ki, qarşıdakı illər ərzində işsizliklə bağlı ciddi problemlər olmayacaq”.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən həmçinin bildiriblər ki, qarşıdakı illərdə Strateji yol xəritələrindəki tədbirlərin reallaşdırılması üçün 27 mlrd. manatı civarında investisiyanın ayrılması nəzərdə tutulub: “Növbəti illərdə turizm sektorunun, emal sektorunun inkişafı və digər aşağıixtisaslı əməyə nisbətən yüksəkixtisaslı əməyə əsaslanan sahələrin inkişafı gənc vətəndaşlar üçün yeni iş yeri imkanı yaradacaq. Artıq ölkədə məşğulluğun strukturu dəyişiklikdə nəzərə çarpır və xidmət sektorunun payı 50 faizi keçib. “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” icrası isə xidmət sektorunun inkişafına təkan olacaqdır. Yeni yaranan sektorların kadr təminatı üçün “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası da xüsusi rol oynayacaq. Bu yol xəritəsində inkişaf etdirilməsi planlaşdırılan sektorların kadrla təminatının yüksək səviyyədə həyata keçirilməsi nəzərə alınıb. Bu isə onu göstərir ki, Strateji yol xəritələrinin həyata keçirilməsi ilə ölkədə məşğulluğun artırılmasına nail oluncaq”.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır