Azərbaycanda ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi qaydalarına dəyişiklik edilib
Azərbaycanda əhalinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində ölkə başçısı cənab İlham Əliyev tərəfindən sosial yönümlü islahatlar aparılır. Belə ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi və onun funksiyaları bu istiqamətdə dövlətin əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə aparılan islahatların tərkib hissəsidir. Habelə, “Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsində” dövlətin sözügedən sahədə qarşıdakı müddətdə aparacağı islahatlar öz əksini tapmışdır.
Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanan Qaydalara dəyişikliyə əsasən, güzəştli ipoteka üzrə veriləcək ipotekanın həcmi 85%-dən 90% qaldırılacaq. Bu da əhalinin az təminatlı hissəsinin güzəştli ipoteka üzrə mənzillərə əl çatanlığını daha asanlaşdıracaq. Fərmana əsasən nəzərdə tutlmuş Qaydalara görə, Qaydaya əsasən indiyə qədər ipoteka krediti üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınmasına verilməli idi. Dəyişikliyə görə, bundan sonra üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına, o cümlədən qabaqcadan qeydiyyata alınmış yaşayış sahəsinin alınmasına veriləcək. Buna qədər kredit yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan və təmirli yaşayış sahələrinin alınmasına verilib.
Dəyişikliyə əsasən bundan sonra kredit yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan və Azərbaycan Respublikası prezidentinin aktları ilə ayrı qayda nəzərdə tutulmayıbsa, təmirli yaşayış sahələrinin alınmasına verilməlidir.
http://iqtisadiislahat.org/store//media/documents/fermanlar/2017/1
http://iqtisadiislahat.org/store//media/documents/fermanlar/2017/2









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır