Azərbaycanda ilk dəfə böhran kommunikasiyası təlimi
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİKTM) “Böhranın idarə olunması və kommunikasiyası” mövzusunda seminar keçirilib. İİTKM-nin konsaltinq və treyninq koordinatoru Kamil Ələsgərov bu tipli treyninqin ölkəmizdə ilk dəfə həyata keçirilməsi və hədəfləri barədə ətraflı məlumat verərək bildirib ki, əsas məqsəd böhranın idarə olunması və ictimaiyyətlə kommunikasiyanın düzgün qurulması ilə əlaqədar mövcud beynəlxalq təcrübənin mənimsənilməsi və mübadiləsindən ibarətdir. Dövlət qurumları üçün nəzərədə tutulan tədbir Dünya Bankının mütəxəssislərinin dəstəyi ilə reallaşdırılır. Dünya Bankının ekspertləri böhran hallarında dövlət qurumları arasında koordinasiyanın vacibliyini qeyd edərək, fəaliyyətlərin birgə şəkildə uzalşdırlmasının əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, böhran hallarında ictimaiyyəti ən çox maraqlandıran suallar, dövlət qurumlarına ünvanlanlan sorğular vaxtında cavablandırılmalı , narahatlıq doğuran məqamlara dərhal aydınlıq gətirilməlidir. Tədbirin sonunda ekspertlər tərəfindən iştirakçıların marağına səbəb olan mövzular üzrə geniş müzakirələr aparılaraq , çoxsaylı suallar cavablandırılıb. Seminarın təşkili İİTKM-nin keyfiyyətli konsaltinq və treyninq xidmətlərini inkişaf etdirmək istiqamətində həyata keçirdiyi mühüm addımlardan biridir.









Ekspert yazıları
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025