“Azərbaycanda əmək bazarı çağırışları və gələcəyə baxış” mövzusunda tədbir keçirilib

“Azərbaycanda əmək bazarı çağırışları və gələcəyə baxış” mövzusunda tədbir keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Dünya Bankının birgə təşkilatçılığı ilə “Azərbaycanda əmək bazarı çağırışları və gələcəyə baxış” mövzusunda tədbir keçirilib. Tədbirdə ölkənin əmək bazarı siyasəti və hədəfləri haqqında Dünya Bankının ekspertləri tərəfindən təqdimat edilib və Azərbaycan müvafiq nazirlikləri və inkişaf tərəfdaşları iştirak edib.

Tədbiri giriş sözü ilə açan İİTKM-in icraçı direktoru Vüsal Qasımlı Dünya Bankı Azərbaycanda bu sahənin inkişafına verdiyi dəstəyi yüksək qiymətləndirib və dövlət tərəfindən həyata keçirilən proqramlar, Məşğulluq Strategiyası və sosial sahədə islahatlar barədə məlumat verib. O bildirib ki, ölkənin əmək bazarının inkişafı üçün məhsuldarlığı aşağı olan sahələrdən yüksək məhsuldarlıqlı əməyə malik sahələrə keçidin təmin edilməsi, vergi islahatları hesabına qeyri-formal iqtisadiyyatın azaldılması və nəticəyə yönələn sosial müdafiə sisteminin tətbiqi başlıca amillərdən biridir və bu istiqamətlərdə dövlət tərəfindən məqsədyönlü siyasət davamlı surətdə icra edilməkdədir.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Sara Maykl Azərbaycanla Dünya Bankı arasında cari ildə 30 ili qeyd olunacağı tərəfdaşlığın əhəmiyyətini vurğulayaraq bildirib ki, məşğulluq və sosial müdafiə cəmiyyətin özəyini təşkil edir və Dünya Bankının hazırlanmaqda olan Ölkə Strategiyasında bu sahə əməkdaşlıq prioritet olaraq nəzərdə tutulacaqdır. 

Açılış sessiyasında çıxış edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirdi ki, rəqəmsal iqtisadiyyata keçid əmək bazarında yeni bilik və bacarıqların və qabaqcıl təhsilin əhəmiyyətini artırır və bu məqsədlə KOBİA tərəfindən ölkə üzrə icra olunan geniş miqyaslı təlimlər mikro, kiçik və orta sahibkarların maraqlarının müdafiəsinə, onlara bütün zəruri xidmətlərin peşəkarlıqla və rahat formada göstərilməsinə, dəstəyin ünvanlılığının və əhatə dairəsinin genişləndirilməsinə, sahibkarlara göstərilən xidmətlərin əlaqələndirilməsinə yönəldilib.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bildirdi ki, əmək bazarının ehtiyaclarına cavab vermək üçün təhsil sektorunun çevikliyi və adaptivliyi vacib şərtdir. Bu məqsədlə təhsilinin keyfiyyətinin artırılması və innovativ yanaşmalarının tətbiqi, xüsusilə də ölkədə rəqəmsal məşğulluğun əhatə dairəsinin artırılması,  peşə təhsilinin təkmilləşdirilməsi işsizliyinin səviyyəsinin 4%-ə endirilməsi kimi qarşıya qoyulan ambisiyalı hədəflərə nail olmağa imkan yarada bilər. Bu sahədə DB və BMP-nin İnkişaf proqramı tərəfindən göstərilən dəstəyi yüksək qiymətləndirdi və 2022-ci ildə icra olunacaq  daha 6 layihə çərçivəsində rəqəmsal məşğulluğu           90%-ə çatdırmaq hədəfinə nail olunması, eləcə də işsizliyə görə sığorta, müavinət və aşağı gəlirin kompensasiyası mexanizmlərinin fəal məşğulluğu dəstəkləməsinin əhəmiyyətini qeyd etdi.

Tədbirdə Dünya Bankının Baş İqtisadçısı Javier Sanchez-Reaza,  və Baş Sosial Müdafiə Mütəxəssisi Xanım Mirey Ovadiya tərəfindən Azərbaycanda əmək bazarı çağırışları və gələcəyə baxış mövzusunda təqdimat edildi. Dünya Bankı Qrupunun Sosial Müdafiə və Məşğulluq üzrə Qlobal Praktika Meneceri Cem Mete əmək bazarında təklifin tələbə vaxtında cavab verməsinin vacibliyini  qeyd etdi və ölkə üzrə əmək bazarında tələbin diaqnostik təhlilinin aparılmasına ehtiyac olduğunu vurğuladı. Ənənəvi sahələrin və ehtiyac duyulan bacarıqların artıq maşınlarla əvəzləndiyi bir dövrdə gələcəkdə ehtiyac duyulacaq peşələrin müəyyən edilməsi və bu sahədə digər ölkələrin tətbiq etdikləri təcrübələrə toxundu. 

Tədbirin müzakirə sessiyası dövlət qurumları və Azərbaycan Sahibkarlar Konfederasiyası nümayəndələrinin iştirakı ilə davam etdirilib.

“Azərbaycanda əmək bazarı çağırışları və gələcəyə baxış” mövzusunda tədbir keçirilib
“Azərbaycanda əmək bazarı çağırışları və gələcəyə baxış” mövzusunda tədbir keçirilib
“Azərbaycanda əmək bazarı çağırışları və gələcəyə baxış” mövzusunda tədbir keçirilib
“Azərbaycanda əmək bazarı çağırışları və gələcəyə baxış” mövzusunda tədbir keçirilib
“Azərbaycanda əmək bazarı çağırışları və gələcəyə baxış” mövzusunda tədbir keçirilib
“Azərbaycanda əmək bazarı çağırışları və gələcəyə baxış” mövzusunda tədbir keçirilib
“Azərbaycanda əmək bazarı çağırışları və gələcəyə baxış” mövzusunda tədbir keçirilib
“Azərbaycanda əmək bazarı çağırışları və gələcəyə baxış” mövzusunda tədbir keçirilib

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R