Azərbaycanda dövlət müəssisələrinin şəffaflıq və səmərəliliyinin artırılması müzakirə olunub
Dünya Bankının Azərbaycanda dövlət müəssisələrinin şəffaflıq və səmərəliliyinin artırılması üzrə texniki yardım missiyası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) olub. Missiyaya Dünya Bankının Maliyyə Hesabatlarının İslahatı Mərkəzinin (MHİM) maliyyə idarəetməsi üzrə baş mütəxəssisi Natali Manuilova rəhbərlik edib. Missiyanın tərkibinə MHİM-in məslətçisi İrina Qordeladze, Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) korporativ idarəetmə üzrə mütəxəssisi Boris Cancalia daxil olub. Qonaqları İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı qəbul edib. Vusal Qasımlı Dünya Bankının nümayəndələrinə Strateji Yol Xəritəsi barədə məlumat verib. Görüşdə biznes mühitinin yaxşılaşdırılması, dövlət müəssisələrinin şəffaflıq və səmərəliliyinin artırılması istiqamətində ölkədə görülən tədbirlər, eləcə də tətbiq olunan islahat yanaşmalarından danışıldı.
Qeyd edək ki, missiyanın əsas məqsədi dövlət müəssisələrinin şəffaflıq və korporativ idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində hökümətin səylərini dəstəkləməkdən ibarətdir. Missiya dövlət müəssislərinin korporativ idarəçiliyi, bu sahədə müvafiq institusional mexanizmlər və bu müəssisələr tərəfindən irəli sürülən şəffaflıq və məlumatların açıqlanması tələbləri üzrə mövcud hüquqi və tənzimləyici bazaların təhlilinə diqqət ayıracaq.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır