"Azərbaycanda blokçeyn texnologiyalarının tətbiqi imkanları" mövzusunda seminar keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) ”Azərbaycanda blokçeyn texnologiyalarının tətbiqi imkanları” mövzusunda ekspertlərin fokus-qrup müzakirəsi keçirilib. Müzakirələrdə Avropa Banklar Federasiyasının Maliyyə bazarları siyasətləri üzrə məsləhətçisi və blokçeyn qrupunun rəhbəri Daniele De Gennaro, Rusiya, MDB və Monqolustan bank bazarlarının SWIFT Hesablar üzrə direktoru Pavel Prokudin, Rusiyanın KPMG İnformasiya Riskləri Menecmenti Qrupunun baş meneceri Andrey Drozdov və KPMG Azərbaycanın İnformasiya Risklərinin İdarə edilməsi üzrə baş mütəxəssisi Aqil Əzimov iştirak ediblər.
Blokçeyn texnologiyalarının imkanları, Azexport portalı, Rəqəmsal Ticarət Qovşağı və Enterpriseazerbaijan.com Portalının fəaliyyəti və yeni innovativ tətbiqlər barədə fikir mübadiləsi olub. Azexportun dəstəyi ilə yeni işə salınmış mobil tətbiq haqqında məlumat verilib. Portalın rəhbəri Zaur Qardaşov qeyd etmişdir ki, mobil tətbiq “GS1 Azərbaycan”ın məlumat bazasında və Azexport portalında qeydiyyatda olan məhsulların xüsusiyyətləri və istehsalçıları barədə məlumat almaq imkanı verir. Xarici bazarlarda ştrixkodlar məhsulların keyfiyyətinin qoruması, təchizat zəncirinin idarə edilməsi və e-commersin tətbiqi baxımından əhəmiyyətli rol oynayır.
Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli onlayn vahid ixrac ərizəsi və portalın yaratdığı imkanlar haqqında təqdimat etmişdir.
Azərbaycanda investisiya layihələri bankı haqqında isə Namiq Şalbuzov informasiya vermişdir.
Tədbirdə İİTKM tərəfindən hər il keçirilən Azərbaycan Rəqəmsal Ticarət Qovşağı Beynəlxalq Konfransında müzakirəyə çıxarılacaq mövzulara da toxunulmuşdur.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu