“Azərbaycanda biznes mühiti 2018” adlı hesabatda Azexport və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilib
Avropa İttifaqının Azərbaycanla bağlı hazırladığı “Azərbaycanda biznes mühiti 2018” adlı hesabatında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport portalı və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilib. Hesabatda bildirilib ki, Azexport portalı və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti ixracın şaxələndirilməsi sahəsində institutsional islahatların nümunənisidir. Prezident İlham Əliyevin fərmanları əsasında yaradılan bu qurumlar sahibkarlar üçün hərtərəfli imkanlar yaradaraq, onların ixrac fəaliyyətlərinə dəstək göstərir.
Avropa İttifaqının “Azərbaycanda biznes mühiti 2018” adlı hesabatını şərh edən Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə bildirib ki, Azərbaycanda aparılan iqtisadi islahatların istiqamətinə uyğun olaraq, sahibkarların xarici ticarət əməliyyatlarını daha da sürətli həyata keçməsinə bundan sonra da dəstək göstəriləcək. “Hesabatda Azərbaycanda sahibkarlıq mühiti üzrə fəaliyyət yüksək qiymətləndirilib. Xüsusilə, Azərbaycanda ixrac siyasətinin həyata keçirilməsində institutsional orqan kimi “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin vurğulanması Mərkəzin işinə verilən qiymətdir. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin əsas prinsipləri şəffaflıq, hesabatlılıq və sahibkara qayğıdır. Ötən dövr ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 400-ə yaxın dövlət və qeyri-dövlət şirkətlərinə dəstək göstərək ixracı prosesini sürətləndirib. Azexport, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və vahid online ixrac ərizəsindən istifadə edən ixracatçıların məmnuniyyəti yüksək səviyyədədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ixracata dəstək verən ekosistem tam formalaşdırılıb və uğurla fəaliyyət göstərir.”
Qeyd edək ki, hesabat Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqı şirkətlərinin ölkədəki biznes mühiti barədə sorğusu əsasında hazırlanıb.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır