Azərbaycan X-Road texnologiyasını tətbiq edən qabaqcıl ölkə kimi təqdim olunub
Dünyanın ən məşhur xəbər agentliklərindən biri olan Euronews, Azərbaycanı X-Road texnologiyasını tətbiq edən qabaqcıl ölkə kimi təqdim edib. Bu texnologiyaların imkanlarından və bu imkanlardan istifadə edən qabaqcıl ölkələrdən bəhs edən reportaj gün ərzində bir neçə dəfə yayımlanıb. Xəbər eyni zamanda kanalın rəsmi internet səhifəsində də yerləşdirilib. Qeyd edək ki, Estoniyadan sonra bu texnologiyadan istifadə edən ikinci ölkə olan Azərbaycanda həm elektron hökumət platforması, həm də Rəqəmsal Ticarət Qovşağı X-Road əsasında qurulub. Azərbaycandan sonra isə Finlandiya və Ukrayna bu texnologiyanın istifadəsinə başlayıb. Euronews-ın verdiyi məlumata əsasən, hal-hazırda Şərqi Avropada səfərdə olan Yaponiya baş naziri Şinzo Abe də X-Road texnologiyası ilə yaxından maraqlanır.
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli reportaja münasibət bildirərkən qeyd edib ki, ölkə başçısı Cənab İlham Əliyevin apardığı uğurlu innovativ siyasət nəticəsində Avropada ilk, dünyada isə ikinci Rəqəmsal Ticarət Qovşağı yaradılıb: “X-Road texnologiyası əsasında yaradılan Rəqəmsal Ticarət Qovşağı Malayziyada əsası qoyulan qovşaqdan belə daha öncə yaradılıb. Bizim üçün Finlandiyanın, Ukraynanın və hətta dünyada ən innovativ, qabaqcıl ölkə sayılan Yaponiyanın Azərbaycanı özünə nümunə götürməsi çox xoş bir haldır lakin, bu heç də təsadüfi deyil. Azərbaycan informasiya texnologiyaları və telekommunikasiya sahəsində inamla inkişaf etməkdədir. Buna nümunə olaraq, yaxın zamanlarda dünyada Estoniyadan sonra elektron rezidentlik ilk dəfə Azərbaycanda təklif olunacaqdır. Yəni qeyri-rezidentlər Rəqəmsal Ticarət Qovşağı vasitəsilə Asan və Elektron imza əldə edərək, yeni şirkət qeydiyyatı aparacaq, ödənişlər həyata keçirəcək və digər elektron xidmətlərdən yararlanacaqdır. Bu unikal xidmət qeyri-rezidentlərə ölkəmizdə rahatlıqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına şərait yaradacaqdır.”
Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədlinin sözlərinə görə, Prezidentin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə də iqtisadiyyatın rəqəmsallaşdırılması üçün İKT infrastrukturunun inkişafı və təkmilləşdirilməsi, ölkənin İKT sənayesinin potensialının artırılması istiqamətində konkret tapşırıqlar verilib. “Dünyanın ən məşhur xəbər agentliklərindən biri olan "Euronews"un Azərbaycanı innovativ ölkələr siyahısında vurğulaması,cənab İlham Əliyevin apardığı davamlı və sistemli iqtisadi islahatların nəticəsidir.”
Qeyd edək ki, X-Road dünyada ilk dəfə ən qabaqcıl rəqəmsal cəmiyyətə malik Estoniya tərəfindən istifadə olunub. Bir məlumat mənbəyi və şaxələndirilmiş qoruyucu bağlantılar X-Roadun aşağı qiymət və təkmilləşdirilmiş təhlükəsizlik təklif etməsinə imkan verir. Estoniyada 52 min təşkilat tərəfindən istifadə olunan X-Road məlumat idarə platforması il ərzində 500 milyon müraciət qəbul edir.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu