“Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təqdim edilib
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” açıqlanıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirib ki, 5 strateji hədəfdən və 9 prioritetdən ibarət olan Strateji Yol Xəritəsində 2020-ci ilədək strateji baxış ölkədə əmək bazarının tələblərinə cavab verən mühəndis-pedaqoji heyətə, yenilənmiş təhsil proqramlarına (kurikulumlara) və peşə standartlarına malik pilot və optimallaşdırılmış peşə təhsili müəssisələrindən ibarət peşə təhsili və təlimi sisteminin formalaşdırılmasıdır.
Strateji Yol Xəritəsində 2020-ci ilədək olan müddətdə Azərbaycan Respublikasının peşə təhsili və təlimi sistemində işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası, nəticələrə əsaslanan güclü maliyyələşdirmə sisteminin yaradılması, məqsədli peşə inkişafı proqramlarının yaradılması, sektorlar üzrə spesifik proqramların yaradılması, peşə təhsili və təlimi üzrə hədəflərin əldə olunmasına təkan verəcək vasitələrin tətbiqi strateji hədəflərinə nail olmaq planlaşdırılır.
Strateji Yol Xəritəsində peşə təhsili və təlimi sektorunda müəyyən edilmiş prioritetlərin real ÜDM-ə təsirinin təxminən 6 milyon manat olacaq. Amma bu prioritetlər digər sektorların prioritetləri çərçivəsində 1 milyard manat məbləğində dolayı təsirin meydana çıxmasına səbəb olacağı proqnozlaşdırılır. Belə ki, peşə təhsili və təlimi sektoru iqtisadiyyatın digər sektorları ilə qarşılıqlı əlaqədə olmaqla, həmin sektorların potensialının tam reallaşdırılmasında mühüm rol oynayır və bu sektora qoyulan investisiyalar nəticədə iqtisadiyyata multiplikativ təsir göstərir.
Strateji Yol Xəritəsində pilot peşə təhsili müəssisələrinin qurulması, nəticələrə əsaslanan maliyyələşmə sisteminin yaradılması, yaşlıların təhsili və ixtisasartırma kurslarının təşkili, informal (özünütəhsil yolu ilə biliklərə yiyələnmə) və qeyri-formal (müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan) üsullarla əldə edilmiş səriştələrin tanınması mexanizminin hazırlanması, peşə təhsili sistemində sahibkar düşüncə tərzinin təşviqi ilə bağlı tədbirlərdə əksini tapıb.
http://president.az/articles/22252









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib