“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” açıqlanıb
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” açıqlanıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti, iqtisad üzrə fəlsəfə doktoru Ramil Hüseyn bildirib ki, bu sənəd ölkənin ərzaq təhlükəsizliyinin təmini, iqtisadiyyatın şaxələndirilməsi, ixrac yönümlü məhsulların istehsalının artırılması, kənd yerlərində sosial rifaha töhfə vermək baxımından xüsusi əhəmiyyət kəsb edir. Strateji Yol Xəritəsi 9 strateji hədəf və bu hədəflərin reallaşdırılması üçün 36 prioritet istiqamətdən ibarətdir.
Ramil Hüseyn qeyd edib ki, Strateji Yol Xəritəsi çərçivəsində kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı sektorunda həyata keçiriləcək prioritetlərin ÜDM-ə təsiri 1235 milyon manat olacaq. Sənəddə nəzərdə tutulan tədbirlərin reallaşdırılması kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı sektorunda təxminən 20 min yeni iş yerinin yaradılması ilə nəticələnəcək. Strateji Yol Xəritəsinə əsasən nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə isə 1170 milyon manat investisiya qoyuluşu tələb olunacaq.
Ramil Hüseyn vurğulayıb ki, kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı sektorunda 2020-ci ilədək nəzərdə tutulan tədbirlərin reallaşdırılması nəticəsində 2015-ci illə müqayisədə ət istehsalının 20 faiz, süd istehsalının 30 faiz, pambıq istehsalının həcminin ən azı 4 dəfə artması proqnozlaşdırılır. Ümumilikdə isə Strateji Yol Xəritəsində əksini tapan tədbirlərin həyata keçirilməsi kənd təsərrüfatı məhsullarının istehsalının artmasına, kənd təsərrüfatı sahəsində elm və təhsilin keyfiyyətinin yüksəldilməsinə, bazar infrastrukturunun inkişafı nəticəsində istehsalçıların bazara çıxışının asanlaşmasına səbəb olacaq.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib