“Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” açıqlanıb
“Azərbaycan 2025-ci ilədək həm regionda, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevriləcək”. Bu fikirlər Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən hesab edirlər ki, bu gün açıqlanan Strateji Yol Xəritəsi Azərbaycan Respublikasının cəlbedici turizm məkanı kimi qabaqcıl mövqe tutmasına imkan yaradacaq və ölkəmizdə turizm xidmətləri üzrə keyfiyyətin yüksəldilməsinə gətirib çıxaracaqdır.
Bu sənəd, turizm sektorunun inkişafının dəstəklənməsi, beynəlxalq və yerli bazarlarda yüksək keyfiyyətli və rəqabətədavamlı turizm xidmətlərinin göstərilməsinə nail olunması, milli dəyərlərə uyğun turizm təcrübəsinin formalaşdırılması, investisiya layihələrinin cəlb edilməsi və turizmin inkişafı ilə əlaqədar aidiyyəti orqanların qarşılıqlı koordinasiyası kimi tədbirləri özündə əks etdirir.
Yol Xəritəsində 2020-ci ilədək olan dövrdə Bakının turizm potensialından tam istifadə, milli səviyyədə daha yaxşı idarəetmənin təşkili, turizm zonalarının yaradılması, mövsümiliyin aradan qaldırılması üçün regional səviyyədə turizm infrastrukturunun inkişafı, viza prosedurlarının sadələşdirilməsi, regionlarda turizmin inkişaf etdirilməsi, turizm sahəsində təhsil proqramlarına investisiya qoyuluşunu həyata keçirməklə milli turizmin keyfiyyət sisteminin yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Bu mühüm sənəddə göstərilir ki, 2020-ci ilədək olan hədəflərin reallaşdırılması nəticəsində Azərbaycanda ÜDM-in birbaşa 303 milyon və dolayı 172 milyon manatadək artacaq. Eyni zamanda sənəddə əksini tapan tədbirlərin həyata keçirilməsi nəticəsində Bakıda mehmanxana və mehmanxana tipli müəssisələrdə xarici ölkə vətəndaşları üzrə gecələmələrinin sayının 2015-ci illə müqayisədə 2020-ci ilədə 4,6 dəfə artacağı proqnozlaşdırılır. Həmçinin Yol Xəritəsində aşağı büdcəli turistlərin gəlməsi üzrə göstəricinin tədricən 265 minə çatdırılması, “Böyük İpək yolu” və digər mədəni turizm marşrutları üzərində yerləşən məntəqələrə 180 mindən artıq turistin cəlb edilməsini hədəflənir. Strateji Yol Xəritəsinin əsas hədəfi isə 2025-ci ildən sonrakı dövrdə Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirmək, mövcud turizm ehtiyatlarından səmərəli istifadə göstəricilərinin maksimuma çatdırılmasını təmin etməkdir.









Ekspert yazıları
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025