Azərbaycan Rəqəmsal Ticarət Qovşağı Vaşinqtonda təqdim olunacaq
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı martın 1-3 tarixlərində ABŞ-ın paytaxtı Vaşinqton şəhərinə səfər edəcək. Səfərdə məqsəd ABŞ-Azərbaycan əlaqələrinin 25 illiyinə həsr edilmiş tədbirlərdə iştirak etmək və ölkəmizdə aparılan iqtisadi islahatları, o cümlədən Strateji yol xəritələrini təqdim etməkdən ibarətdir. V.Qasımlı xüsusi olaraq Prezident İlham Əliyev tərəfindən 22 fevral 2017-ci il tarixdə yaradılan Azərbaycan Rəqəmsal Ticarət Qovşağı barədə tədbir iştirakçılarına məlumat verəcək. Rəqəmsal Qovşaq ölkəmizin şaxələndirilmiş nəqliyyat-logistika imkanlarından və informasiya-kommunikasiya texnologiyaları sahəsində nailiyyətlərindən səmərəli istifadə etməklə, ixrac potensialının yüksəldilməsini, transsərhəd ticarətin, o cümlədən elektron ticarətin əhatə dairəsinin genişləndirilməsini zəruri edir.
Qeyd edək ki, USACC tərəfindən təşkil olunan tədbirdə Azərbaycan və ABŞ-ı təmsil edən dövlət və biznes nümayəndələri iştirak edəcək.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır