Azərbaycan Dünya Bankının hazırladığı “Doing Business” hesabatında 65-ci yerdədir.

Azərbaycan Dünya Bankının hazırladığı “Doing Business” hesabatında 65-ci yerdədir.

 Azərbaycan 2015-2016-cı illər üzrə hesabatın 3 və daha çox indikatoru üzrə ən inkişaf etmiş 29 ölkədən biri kimi təsvir edilib. Sənəddə qeyd olunur ki, Azərbaycanın vergi ödənişləri və xarici ticarətin aparılması indikatorları üzrə reytinqi qaldırılıb. İdxal və ixrac bəyannamələrinin təqdim edilməsi üçün elektron sistemin istifadəyə verilməsi, xarici ticarətin aparılması indikatoruna əhəmiyyətli müsbət təsir edib. Biznesə başlama indikatoru üzrə də yüksək reytinq qorunub. 

  Burada qeyd etmək lazımdır ki, “Doing Business” Hesabatı Dünya Bankı Qrupu tərəfindən hazırlanır və 10 indikator üzrə 190 ölkənin qiymətləndirilməsi məqsədini daşıyır. Cari il ərzində Azərbaycanda bir sıra islahat tədbirləri geniş spektrdə həyata keçirilib və bu səbəbdən “Doing Business” Hesabatının 10 indikatoru aparılmış islahatları tam əhatə etmir. Eyni zamanda, bu hesabatda nəzərə alınan islahat tədbirləri yalnız cari ilin may ayına qədər aparılan islahatlardır.

 15 iyul 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sahibkarlıq sahəsində son illər ərzində nail olunmuş sürətli inkişafın davamlılığının təmin edilməsi və rəqabət qabiliyyətinin möhkəmləndirilməsi, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması məqsədi ilə Komissiya və Komissiyanın Katibliyinin yaradılması haqqında sərəncam imzalayıbr.

  Yaradılmış Komissiya və Komissiyanın Katibliyinin apardığı iş nəticəsində növbəti ildə Azərbaycanın “Doing Business” hesabatında mövqeyinin daha da yaxşılaşdırılması gözlənilir. Ümumiyyətlə, Azərbaycanda biznes mühitin yaxşılaşdırılması üzrə aparılan islahatlar davamlı xarakter daşıyır və Azərbaycanın qeyri-neft sektorunun inkişafına töhfə verəcək. 

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R