Azərbaycan “Davamlı inkişaf məqsədləri indeksi”ndə 5 pillə irəliləyib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin
departament rəhbəri Rəşad Hüseynovun şərhi
Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin müstəqil ekspertləri tərəfindən hazırlanan “Dayanıqlı İnkişaf 2022” hesabatı hər bir ölkənin 2030-cu ilədək müəyən edilmiş dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün hansı mövqedə olduğunu qiymətləndirmək üçün aparılır. Hesabat Dayanıqlı İnkişaf üzrə 2030-cu il gündəliyində nəzərdə tutulmuş 17 ümumbəşəri inkişaf məqsədlərini əhatə etməklə hazırlanır.
2022-ci il üçün hazırlanmış hesabat sənədində ölkəmiz ötən il ilə müqayisədə 5 pillə irəliləyərək mümkün 100 baldan 73,5 toplayıb. Belə ki, hazırda Azərbaycan dünyanın 163 ölkəsi arasında “davamlı inkişaf məqsədləri (DİM) indeksi” üzrə 50-ci yerdə qərarlaşıb. Bu göstəriciyə görə respublikamız Cənubi Qafqaz regionunda (Gürcüstan 51-ci yer, Ermənistan 66-cu yer) liderdir və dünya üzrə hər üç ölkədən ikisini geridə qoyur. Müqayisə üçün demək olar ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda bu indeks üzrə orta göstərici 71,6-dur ki, bu da Azərbaycanın göstəricindən aşağıdır.
Hesabatda ölkəmiz yaxşı səhiyyə və rifah, keyfiyyətli təhsil, yoxsulluğa son, təmiz su və sanitariya, davamlı şəhərlər və icmalar, məsuliyyətli istehsal və istehlak, iqlim dəyişikliyinə qarşı mübarizə və torpaq ekosisteminin mühafizəsi məqsədləri üçün tərəfdaşlıq kimi Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişə nail olub. Hesabatda müəyyən edilmiş altməqsədlərə gəldikdə isə, qiymətləndirilən 83 məqsəddən 35-də irəliləyiş əldə edilib (qismən və ya nəzərəcarpacaq), 7-si üzrə isə DİM məqsədlərinə çatılıb.
Hər bir ölkənin fəaliyyəti digər ölkələrin DİM-lərə nail olmaq imkanlarına müsbət və ya mənfi təsir göstərə bilər. Bu təsirləri müəyyən etmək üçün hesabatda eyni zamanda “yayılma və ya təsir indeksi” də hesablanır ki, bu da üç istiqamət üzrə qiymətləndirilir: ekoloji və sosial təsirlərin beynəlxalq ticarətdə təcəssümü, iqtisadiyyat və maliyyə, təhlükəsizlik. Bu qiymətləndirmə üzrə Azərbaycanın göstəricisi 97,3 olub ki, bu da ölkəmizin digər ölkələrin DİM-lərə nail olmaları istiqamətində daha çox müsbət və daha az mənfi təsirlərə səbəb olduğunu göstərir.
Ekspert yazıları
Günay Quliyeva
İİTKM-in şöbə müdiri
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini artırmaqla əlverişli investisiya mühitini vurğulayır
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Azerbaijan and Türkiye: Leading through unity in global crises
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycan və Tacikistan arasında iqtisadi-ticarət əlaqələrinin perspektivləri
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Türkiye-Kyrgyzstan partnership fuels Middle Corridor's rise