Azərbaycan - Amerika Ticarət əlaqələrinin genişləndirilməsinə dair seminar keçiriləcək
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı sahibkarların Azərbaycan məhsullarını Amerika bazarlarına daha rahat çıxara bilməsi məqsədilə “AmCham Azerbaijan” və Amerikanın “MİTA – Full Service Marketplace Agency” ilə birgə mərhələli seminarlar keçirəcək.
Seminarlar zamanı iştirakçılarla Amerika bazarının tələblərinə uyğun olaraq bazar araşdırmasının aparılması, məhsul seçimi, bazara giriş strategiyası, logistika üzrə tərəfdaşın müəyyənləşdirilməsi, məhsulların sertifikatlaşdrılması, gömrük prosedurlarının həyata keçirilməsi, məhsulların “Amazon”, “WallMart” və digər platformalar vasitəsi ilə satışa çıxarılması, həmçinin, Amerikada şirkətin təsis olunması, bank və vergi prosedurlarının planlaşdırılması kimi mövzularda müzakirələr aparılacaq.
Seminarlar “MicrosoftTeams” vasitəsi ilə 2, 4, 7, 9 sentyabr tarixlərində onlayn olaraq həyata keçiriləcək.
Ödənişsiz olaraq təşkil olunacaq seminarlar əsasən “Selling on Amazon” kitabının müəllifi, Amerikanın “MİTA – Full Service Marketplace Agency”-nin təsisçisi Deniz Ölmez və “Bacak LLC”-nin təsisçisi, maliyyə məsələləri üzrə ekspert Ozan Bacak tərəfindən Türk dilində keçiriləcək.
Qeydiyyat linki: http://training.ereforms.org/








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib