Ayaz Müseyibov: İqtisadi zonaların inkişafında yeni mərhələ başlayır
Prezident İlham Əliyevin Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibov bildirib ki, dünya təcrübəsində iqtisadi zonaların idarəedilməsi sahəsində belə yanaşma məqbul sayılır: "İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin yaranması ölkədəki mövcud sənaye parkları, sənaye məhəllələri və aqroparklar sahəsində idarəetməni, habelə nəzarət mexanizmlərini daha da təkmilləşdirmək, bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq, daha sıx koordinasiyanı və sistemliliyi təmin etmək üçün əhəmiyyət kəsb edir. Qabaqcıl korporativ idarəetmə standartlarına müvafiq olaraq, Agentliyin müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət Müşahidə Şurası və İdarə Heyəti formalaşdırılacaqdır.”
Həmçinin, Agentliyin yaradılması parkların, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı yeni tənzimləyici və idarəetmə çərçivəsinin formalaşdırılmasına da səbəb olacaqdır. Belə ki, Fərmanla bu iqtisadi subyektlərin fəaliyyətinin qiymətləndirilməsi və onların səmərəliliyinin artırılması barədə təkliflərin hazırlanması da nəzərdə tutulub. Sənaye parkları, sənaye məhəllələri və aqroparkların işinin səmərəli və yeni tənzimləyici və idarəetmə çərçivəsində təşkili ölkəyə sərmayə axını, ixracın genişlənməsi və iş yerlərinin yaradılması prosesini müsbətə doğru tətikləyəcəkdir. 4-cü Sənaye İnqilabının texnologiyalarının ölkəyə transfer edilməsi baxımından da yeni islahat tədbiri mühüm əhəmiyyət kəsb edir. Xüsusi ilə də, bio, fiziki və rəqəmsal texnologiyaların tətbiqində yeni Agentlik və formalaşmış qanunvericilik bazası mühüm rol oynayacaqdır.
Onu da qeyd edək ki, iqtisadi artımın əsas drayverlərindən biri kimi müvafiq sahənin inkişafı həmişə diqqət mərəzində olub. Sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı tədbirlər tətbiq edilir. Belə ki, rezidentlər qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar Bundan başqa, sənaye parklarında dövlət vəsaitləri hesabına müasir infrastruktur yaradılır, sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələri təmin edilir. Müvafiq dəstək siyasətinin nəticəsidir ki, indiyədək sənaye parklarında 3,5 milyard ABŞ dolları investisiya yatırılıb, 3,3 milyard manatlıq satış həyata keçirilib və 25 faiz məhsul ixrac olunub








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu