Arıçılar Azexportun ixrac imkanlarından istifadə edəcəklər
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndəsi Natiq Mədətov Azərbaycan Arıçılar Assosasiyasının regional nümayəndiliyinin açılışı ilə bağlı keçirilən tədbirə qatılıb. Açılış Azexport komandasının Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlarla keçirdiyi görüş çərçivəsində reallaşıb. Tədbir zamanı arçılarla təşkil olunan görüşdə şimal bölgəsində bal ixracının artırılması məsələsi ətraflı müzakirə olunub. Bildirlib ki, dünya bazarlarında yüksək keyfiyyətli və ekoloji təmiz Azərbaycan balına böyük maraq var və bu sahədə geniş ixrac potensialı mövcuddur. N.Mədətov Arıçılar Assosasiyasına üzv olan arıçılara Azexport portal barədə ətraflı məlumat verilib. Azexport portalının bal istehsalı ilə məşğul olan sahibkarlarla yaratdığı ixrac imkanları ətraflı şəkildə izah edib. Azexport portalın arıçıların yeni bazarlara çıxmasına və müştəri tapmaların böyük töhfə verəcəyini bildirib. Onların nəzərinə çatdırılıb ki, Azexport portalından istifadə etməklə arıçılıq məhsullarının dünya bazarlarına çıxararkən sertifikatlaşmadan başlayaraq, çatdırılmaya kimi bir çox xidmətlərdən yararlana bilərlər. O, vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidentinin Fərmana əsasən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfindən yaradılan “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” da sahibkarlara əlavə imkanlar verəcək. Daha sonra N.Mədətov Şabran, Xaçmaz və Qusar rayonların səfər edərək arıçılarla ayrı ayrılıqda görüşüb. Şimal bölgəsində keçirilən görüşlər zamanı Azexport portal vasitəsi ilə Azərbaycandan bal ixracının artırılması üçün fəaliyyətin gücləndirilməsi ilə bağlı arıçılarla razılıq əldə olunub.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu